YAS MƏCLİSİNƏ BASQIN EDƏN BAŞÇI BELƏ ŞƏNLƏNİR - "Bravo, Alimpaşa!" (VİDEO)
30-08-2020, 16:43
493

YAS MƏCLİSİNƏ BASQIN EDƏN BAŞÇI BELƏ ŞƏNLƏNİR - "Bravo, Alimpaşa!" (VİDEO)

Ölkədə tətbiq olunan sərt karantin rejimi qaydalarının vəzifəli şəxslər tərəfindən pozulmasına dair məlumatlar tez-tez mətbuatın gündəm mövzusuna çevrilir. Bir müddət əvvəl AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə təşkil etdiyi toy məclisi və onun ətrafında baş verən hadisələr bunun əyani sübutu oldu.


Azpolika daha bir iri ranqlı məmurun - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşkil etdiyi böyük ziyafətlə bağlı videogörüntülər əldə edib. Bu görüntülər icra başçısının Şəmkirdəki “Qəsr” restoranında 3-4 gün əvvəl təşkil etdiyi məclisdən çəkilib. Qeyd olunur ki, həmin məclisdə başçının türk qonaqları da iştirak edib. Onların kimliyi barədə dəqiq məlumat verilməsə də, həmin şəxslərin Alimpaşa Məmmədovun biznes ortaqları olduqları ehtimal edilir. Videodan da göründüyü kimi, məclis qapalı məkanda təşkil olunub, burada azı onlarla şəxs iştirak edib və bu zaman heç bir karantin rejimi qaydasına əməl olunmayıb. Hansı ki, karantin tələblərinə görə, ümumilikdə respublika üzrə qapalı məkanlarda məclislərin təşkili qəti qadağandır. 





Qeyd edək ki, bir müddət əvvəl Alimpaşa Məmmədovun polislə birgə rayondakı yas mərasimlərinin birini necə “basdığına” dair videogörüntülər yayılmışdı. Həmin görüntülərdə icra başçısı məclisi təşkil edənləri Hacıbala Abutalıbovsayağı “Niyə belə edirsiniz, niyə belə olmalıdır” deyə hiddətlə qınamış, yas mərasimini dayandırmışdı. Onun təşkilatçıları isə cəzalandırılmışdı. Lakin təqdim etdiyimiz görüntülərlə Alimpaşa Məmmədovun camaatın yas mərasimindən çəkilmiş reklam xarakterli çıxışı arasında ziddiyyət var. Belə görünür ki, bütün qadağalar yalnız “qara camaat”a aiddir. Məmurlar, xüsusilə də yüksək vəzifəli məmurlar üçün isə heç bir qanun, qadağa mövcud deyil. Və bu adamları hətta Ramiz Mehdiyevin təşkil etdiyi məlum qalmaqallı toy məclisi ətrafında baş verənlər belə qətiyyən çəkindirmir!


Oxşar xəbərlər

Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi – Video
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Alimpaşa Məmmədov  artistlik edir-İCRA BAŞÇISININ SONUNU GƏTİRƏCƏK FAKTLAR
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Deputat DİN-i tədbir görməyə çağırdı
İsmayıllıda ad günü məclisi təşkil edənlər cərimələndi
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Hadı Rəcəblinin də nəvəsinin toyunun görüntüləri yayıldı - Video
“Lotu Quli”nin hüzr məclisinə basqın edildi - Video
Məhkəmə icra başçısının sahibkara qarşı iddiasını rədd etdi — FOTO
Şəmkir icra başçısının biznes”layihələri”-VİDEO
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” (VİDEO)
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
İcra başçısının analoqu olmayan “yaradıcılıq fantaziyası”…
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz
Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
DYP-dən cərimələrlə bağlı xəbərdarlıq
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...