Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
3-09-2020, 11:20
214

Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama

“Ramiz Mehdiyev bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatla birlikdə Azərbaycana qarşı Əli İnsanovla bərabərdir. Əslində artıq sübut olunmaqdadır ki, uzun illər o, Əli Kərimli və onun ətrafı ilə ciddi əməkdaşlıq edib”.
Gündəlik Bakı xəbər verir ki, bunu musavat.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, faktiki olaraq, Əli Kərimli 2003-cü ildən, yəni İlham Əliyevin prezident seçilməsindən sonra birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. 
“Diqqət edin, 2003-cü ilə qədər o, birbaşa Ramiz Mehdiyevin nəzarətində onun tapşırıqlarını yerinə yetirdiyi vəziyyətdə idi. Amma həmin ildən sonra tamam başqa bir fəaliyyət növü seçdi və tədricən radikal müxalifət mövqeyinə transfer olundu. 
Halbuki Əli Kərimli parlamentdə təmsil olunduğu dövrdə bu cür deyildi. Düşünülmüş şəkildə Kərimlini radikallığa sürükləyən və buna nail olan Ramiz Mehdiyev onunla İlham Əliyev iqtidarını düşmən etdi. Həm vermiş olduğu təlimatlarla, həm də çox məkrli, hiyləgər bir metodla onu və ətrafını dövlətçiliyimizə qarşı barışmaz mövqedə qərarlaşdıra bildi. Beləliklə, özünün məhz bu gün nəzərdə tutduğu ”B planı"nda bərabər olduqları üçün illərdən bəri yaratmış olduğu zəminin “bəhrələrini” görməkdədir. 
Təsadüfi deyil ki, Əli Kərimli və onun dəstəsi böyük həvəslə Ramiz Mehdiyevi müdafiə edir, vəkillik funksiyasını yerinə yetirirlər”.
Deputat AMEA rəhbərinin müttəfiq axtarışında olduğunu da söyləyib: “Bu gün artıq Ramiz Mehdiyev Əli Kərimli və onun ətrafındakı Milli Şurada özü üçün müttəfiq tapmaqdadır. Eyni zamanda artıq neçə vaxtdır ki, Əli İnsanovla bərabərdir. Sadəcə olaraq, indi düşünülmüş şəkildə belə görüntü yaradılır ki, guya onlar bir yerdə deyillər. Amma bu belədir. Sadəcə olaraq, onların bir yerdə şəkil çəkdirib cəmiyyətə fərqli deyil, eyni mövqedən yanaşan bəyanatlarla çıxış etmələri çox da uzaqda deyil. Beləliklə, Ramiz Mehdiyevin yeni müstəvidə yetişdirdiyi və bu günə qədər müttəfiqlik etdiyi insanlarla, eyni zamanda Əli İnsanovla birlikdə dövlətçiliyimizə qarşı mübarizəsi göz önündədir”. (Yenisabah.az)

Oxşar xəbərlər

Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ramiz Mehdiyev təkzib etdi
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Tahir Kərimli Bakıda qadınların aksiya keçirməsindən danışdı: “Əxlaqsızlıq edirlər”
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Ramiz Mehdiyevə qarşı ağır cinayət ittihamları - Adam oğurluğu, qətllər və s...
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olub” – PARTİYA SƏDRİ
“Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavata qarşı fəaliyyət göstərməklə məşğuldur”
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad