"Vətən müharibəsinin gedişatı və nəticələri onu göstərdi ki, ermənilər əsgərlərimizin qarşısında nənki əyilir, diz çökür, ağ bayraq qaldırır, iməkləyir və sürünür. Bu davranış tərzi onlarçün nəinki Qazaxıstanda, istənilən yerdə xarakterikdir".
Bunu Cebhe.info-ya deputat Elman Nəsirov son günlər Qazaxıstanda baş verən hadisələrdən, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən sözügedən ölkəyə erməni əsgərlərinin ezam olunmasından danışarkən deyib.
Deputat bildirib ki, baş vermiş qarşıdurmaya görə Qazaxıstanda hazırda matəmdir:
"Baş vermiş son faciəvi hadisələrlə bağlı ölkə Prezidenti müvafiq sərəncam verib. Qazaxıstanda olan hadisələrə rəsmi dövlətin mövqeyi ondan ibarətdir ki, bu, xaricdən olan təhdidlər nəticəsində baş vermiş terror hadisəsidir. Uzun müddət xarici ölkələrdə hazırlanmış quldur dəstələri Qazaxıstan ərazisində faciəvi hadisələr törədiblər. Dövlət hakimiyyət orqanlarını güc tətbiq etməklə devirmək istəyiblər. Belə olan halda Qazaxıstan da üzv olduğu KTMT-yə müraciət etdi. Sözügedən təşkilatın nizamnaməsini 4-cü bəndinə əsasən, Qazaxıstandakı hadisələr xaricdən təhdid faktı kimi qiymətləndirilir. Bölgəyə göndərilmiş sülhməramlı qüvvələrin tərkibində Rusiya, Belarus və Ermənistanın əsgərləri var. Ermənistanın Qazaxıstana 70 nəfərlik hərbi heyət göndərdiyi barədə məlumatlar var. Son məlumatalara görə, Ermənistan həmin heyətin tərkibini daha da artırmaq niyyətindədir”.
Deputat bildirib ki, təbii olaraq bu hadisəyə beynəlxalq aləmdə birmənalı reaksiya yoxdur:
“Xüsusilə də ABŞ və Rusiya arasında bu sahədə diplomatik müharibəyə başlanılıb. ABŞ Rusiyanın davranışını tənqid edib. Rusiya isə öz növbəsində ABŞ-a adekvat cavab verib və bildirib ki, Amerika özü ayrı-ayrı ölkələrə müdaxilə sahəsində daha məşhurdur. Ermənistan Qazaxıstanda KTMT-nin sülhməramlı qüvvələri çərçivəsində iştirak edir".
Parlament üzvü bildirib ki, sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qazaxıstanla bağlı çoxsaylı faşist, avantürist və terrorçu çağırışları yer alır:
"Hətta çağırışlarda Qazaxıstanda ikinci Xocalı hadisəsini törətməklə bağlı çağırışlar var. Yaxud da Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq istəyi var. Dinc qazax əhalisinə soyqırım törətməklə bağlı çağırışlar var. Ermənilərin beynəlxalq aləmdə artıq bu cür imici var. Ermənilər belə adımların atılmasını, hətta sosial şəbəkələrdə zəruri hesab edirlər. Bu ideyanı təqdir və müdafiə edirlər. Mənə elə gəlir ki, yəqin ki, Qazaxıstanın siyasi rəhbərliyi bu kimi çağırışlara da reaksiya verəcək, bu kimi təhdidlərin qarşısının alınması üçün lazımı addımlar atacaq".
Deputat bildirib ki, onun erməni əsgəri barədə dediyi "əyilə-əyilə gəzir" məşhur ifadəsindən sonra insanlar onu qınayıb:
"Xeyli qınayanlar oldu və mən düzü, anlamırdım ki, nə baş verib. Mən axı düşmən əsgəri haqqında bunu söyləmişdim. Hadisələrin gedişatı mənim nə qədər düzgün mövqe ifadə etdiyimi təsdiqlədi. Hətta mən sonralar müsahibə verəndə qeyd etdim ki, sözügedən ifadəni çox yumşaq demişəm. Erməni əsgəri Azərbaycan əsgərinin qarşısında nəinki əyilir, iməkləyir, dizin-dizin yeriyir və sürünməkdədir. 10 mindən çox fərarisi olan ordu haqqında nə demək olar?! Ermənilərin aciz qalan tör-töküntülərindən hər şey gözləmək olar. Qorxaqların ordu ilə döyüşməyə gücü çatmayanda həmişə dinc əhalini atəşə tuturlar. Azərbaycanın Gəncə və digər şəhərləri İkinci Qarabağ müharibəsində ermənilərin atdığı ballistik raketlər və fosforlu bombalarla atəşə tutluldu. Bunu nəzərə alsaq, Ermənistanın Qazaxıstana yeridilmiş tör-töküntülərindən hər şey gözləmək mümkündür".
“Erməni əsgərləri indi də Qazaxıstanda əyilə-əyilə gəzir” - Elman Nəsirov
11
yanvar
11:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanda “AN-26” təyyarəsi qəzaya uğradı
Deputat: “Qazaxıstanda baş verənlər fonunda sosial şəbəkələrin Azərbaycan seqmentində iğtişaşçılar fəallaşıblar”
Türkiyə və Azərbaycan Qazaxıstana necə kömək edə bilər? - Deputat
Qazaxıstanda 8 minə yaxın etirazçı SAXLANILIB
Qazaxıstanda çaxnaşma yaratmaq istəyənləri KİMLƏR MÜDAFİƏ EDİR? - DEPUTAT ŞƏRH ETDİ
Qazaxıstanda 3706 nəfər həbs edilib
Qazaxıstanda matəm elan olundu
Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
Qazaxıstanda da "Hindistan ştammı" tapıldı
Qazaxıstanda nümayişlərdə 95 polis yaralanıb - KİV
Qazaxıstanda məcburi vaksinasiya başlayır
"Radikal dairələr Qazaxıstan hadisələrinin Azərbaycanda təkrarlanması üçün ssenarilər qurur" - Deputat
Qazaxıstanda 5 mindən çox adam saxlanılıb
Sedat Peker və "Quli"nin dostu olan kriminal avtoritet Qazaxıstanda saxlanıldı
Qazaxıstanda “Omikron” ştamı AŞKARLANDI
Qazaxıstanda iğtişaşlar zamanı 26 silahlı cinayətkar məhv edilib, 18 nəfər yaralanıb
Qazaxıstanda şaxtada qəza - 6 nəfər ölüb
Bu şəhərdə sərt karantin müddəti uzadıldı
Gürcüstan vətəndaşlarını Qazaxıstandan təxliyə edir
Qazaxıstandakı etiraz hərəkatının lideri üzə çıxdı
Qazaxıstanda həbslər davam edir: 3 706 etirazçı saxlanıldı
Qazaxıstanda aksiyalarda iştirak edən əcnəbilər saxlanılıb
Ermənistan qadın hərbiçiləri də Qazaxıstana göndərdi
İğtişaşlar Qazaxıstana nə qədər ziyan vurub?
Qazaxıstanda təxribatçılar etirazçı kütləyə silah verir - VİDEO
Rus əsgərləri Qazaxıstana göndərildi – VİDEO
Qazaxıstan vaksin istehsalına başladı
Koronavirus uşaqlar arasında sürətlə yayılır - Qazaxıstanda
Qazaxıstanda silahlılara xəbərdarlıq edilmədən atəş açılacaq
Nazarbayevin qızı 500 milyonluq sərvətlə ölkədən çıxıb
- Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
- Bu ərzaqlar xərçəng yaradır - Siyahı
- Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib
- Ramos: “Messiyə qarşı oynayanda əziyyət çəkirdim“
- Bu "iPhone" modelləri İOS 17 yeniləməsini almayacaq
- Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - Video
- Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
- “Subay vaxtı səhnə daha maraqlı olur”
- Vilayət Eyvazovdan yeni təyinat
- Bakıda direktor 34 min manat mənimsəyib - İDDİA
- Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib
- Ermənistan ordusunda “təmizləmə əməliyyatı”: Məşhur general işdən çıxarıldı
- Rumen Radev səfirliyimizə hücumu pislədi
- 1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu
- Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı
- Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi
- Özcan anası ilə bağlı iddialara cavab verdi
- Katalin Novak səfirliyimizə hücumu pislədi
- Çexiyada prezident seçkilərinin qalibi məlum oldu
- Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu
- Rusiya hərbçilərinin olduğu xəstəxanada PARTLAYIŞ
- Gədəbəydə 29 yaşlı qadın dərmandan zəhərləndi
- Bakıda kişi hamamda boğulub öldü
- İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı