"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
3-09-2020, 11:46
133

"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"

Hər şeydən öncə demək istəyirəm ki, Azərbaycan Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında baş verən gərginliklə bağlı rəsmi Ankaranın haqlı mövqeyini birmənalı dəstəklədiyini elan edən yeganə türk dövlətidir.

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən çıxışını şərh edərkən deyib.

Q.Paşayeva bildirib ki, Prezident İlham Əliyevin bu çıxışının Türkiyədə də əks-səda verməsi təsadüfi deyil:

“Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə rəsmi Bakının bir müddət öncə Şərqi Aralıq dənizi ilə bağlı yaydığı rəsmi bəyanatın şəxsən özünün iradəsi ilə verildiyini də elan etdi. Bu, birbaşa Prezident İlham Əliyevin simasında Azərbaycanın bütün məsələlərdə Türkiyənin ədalətli mövqeyini birmənalı dəstəklədiyini göstərən olduqca mühüm faktdır.
Digər ən mühüm məqam isə odur ki, Azərbaycan artıq regional gücə çevrildiyini, yaxın regionda baş verən proseslərdən kənarda qalmadığını, milli maraqlarını hər yerdə beynəlxalq normalara uyğun müdafiə etdiyini göstərir. Bu, əlbəttə ki, Prezidentimiz cənab İlham Əliyevin apardığı xarici siyasətin məntiqi nəticəsidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin səfirlə bu cür açıq danışması həm də böyük bir siyasi mesaj olmaqla, Bakının hazırkı statusuna da işarədir:

“Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına hazırda Azərbaycan sədrlik edir və Prezident İlham Əliyevin bu mövqeyi öz simasında açıq şəkildə ifadə etməsinin arxasında TDƏŞ ölkələrinə mesajı da dayanır. Hesab edirəm ki, bu müsbət, birlik, qardaşlıq mesajı öz ünvanına çatdı. Eyni zamanda Azərbaycan Prezidenti Türkiyə ilə “bir millət-iki dövlət” olduğumuzu da bir daha bütün dünyaya elan etmiş oldu. Azərbaycan hazırda regionun nüfuz sahibi olan, iqtisadi baxımdan inkişaf edən, Avropanın enerji təhlükəsizliyində mövqe tutan və tranmilli layihələr həyata keçirən dövlətidir. Şərqi Aralıq dənizində öz hüquqları uğrunda cəsarətlə mübarizə aparan Türkiyə arxasında iqtisadi və siyasi söz sahibi olan qardaş dövlətlərin dəstəyi ilə daha da güclüdür. Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi və ümid edirəm ki, TDƏŞ ölkələri üçün mövqelərini açıq ifadə etmə yolunda bir yaşıl işıq yandırmış oldu”.

Oxşar xəbərlər

"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
İlham Əliyev İranın yeni səfiri ilə görüşdü - FOTO
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Qənirə Paşayeva 200-ə yaxın vətəndaşımızın müraciətini dinləyib
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Prezident yeni səfir təyin etdi
Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
MM-in Mədəniyyət komitəsində dinləmələr keçiriləcək
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib - RƏSMİ
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Daha bir səfir geri çağırıldı