68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
3-09-2020, 11:49
191

68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR

Quba rayonunun 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.

AAYDA-dan verilən məlumata görə, Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulması artıq yekunlaşır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.

Bundan başqa, avtomobil yolunun “Təngə dərəsi” kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib. Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metrdir.

Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.














Oxşar xəbərlər

Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Prezident Saleh Məmmədovu qəbul etdi
Bakının mərkəzində yaradılan yeni yol qovşağı nə vaxt istifadəyə veriləcək? - Açıqlama
Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq - Bu ərazidə
Azərbaycanda ödənişli yol: Saatda 120 km - VİDEO
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi
Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib?
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Bu yolda rənglənmə işləri aparılacaq
Salyanda avtomobil aşdı: Xəsarət alan var
Ermənistanda hərbçi qəza törədib, 3 nəfər yaralanıb
Bakıda 7 ildən sonra bu yol açıldı
Bakıda fərdi yaşayış evi yanıb
Məşhur “Ekologiya postu” sökülür - FOTO
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Deputatlar bir-birindən iki metr aralıda əyləşəcəklər!
Qubada polis reyd keçirdi - Velosipedçilər cərimələndi
Yaponiyada içində sürücü olan uçan avtomobil sınaqdan keçirildi - Video
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb