Bakıda yerləşən bir çox məktəblərdə şagird sıxlığı müşahidə edilir. Hətta elə siniflər var ki, burada 40-50 şagird təhsil alır. Təbii ki, əgər bu qədər uşağın bir sinifdə təhsil alması mümükündürsə… Məktəblər isə bunu yalnız bir açıqlama ilə izah edirlər ki, “müəllim sayı azdır”.
Digər bir məsələ isə odur ki, universiteti yeni bitirmiş, müəllimlik ixtisasına yiyələnmiş gənclər məktəblərdə vakansiya, boş yer tapa bilmirlər. Bu qədər işsiz pedaqoqlar olduğu halda niyə məktəblərdə əlavə siniflər açılmır? Niyə əlavə sinif açmaqla həm işsiz müəllimləri işlə təmin edib, həm də şagird sıxlığını aradan qaldırmaqda maraqlı deyillər? DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində 89600 sinif var və ölkə təhsili 152000 şagirdlə çalışır. “Təhsil naziri qeyd edir ki, 40 nəfərdən çox şagird olan siniflərin sayı çox cüzidir. Amma Azərbaycan Konisitutsiyasının 42-ci maddəsində qeyd olunur ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Onda belə çıxır ki, Təhsil nazirinin dediyi o 10 faiz civarında olan, 40 nəfərdən yuxarı olan şagirdin təhsil aldığı siniflərdəki uşaqların konstitutsiya hüquqları təmin olunmur. Ölkədə şagird sıxlığı normaları haqqında Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixində 212 nömləri qərarı var. Eyni zamanda ümumtəhsil məktəbinin nizamnaməsində də göstərilir ki, təhsil siniflərində şagird sayı 20 nəfərdə konkretləşir. Hazırkı vəziyyətdə şagird sayının maksimal həddi yoxdur. Heç bir hüquqi normativ sənəddə qeyd olunmur. Amma 3 avqust 2012-ci ildə Nazirlər Kabinetinin 171 saylı qərarı var və orada göstərilir ki, məktəblər layihələndirilərkən maksimum 24 şagird ola bilər. Yəni , bir sinifdə maksimum 24 şagird təhsil ala bilər. Belə çıxır ki, 24-dən yuxarı uşaq olan siniflərdə təhsil alan bütün şagirdlərin təhsil alma hüququ pozulur”.
Təhsil ekspertinin sözlərinə görö, illərdir ki, Təhsil Nazirliyi süni surətdə vakansiyaların artırılması ilə bağlı müəyyən addımlar atır. “Məsələn, müəllimlərin dərs yükünün azaldılması və s. Amma reallıq ondan ibarətdir ki, əgər şagird sayı 20 nəfərlə qurularsa, bu sinif sayının artması və nəticədə saatların, vakansiyaların yaranmasına səbəb olar. Problem ondadır ki, bizim şəhər yerlərində 20 ildir ki, şəhərsalma məsələlərində çox ciddi nöqsanlara yol verilib. Nəticə etibarilə məktəblər üçün yerlər saxlanılmayıb. Hətta Bakı şəhəri kimi yerdə məktəblərin əraziləri azaldılıb. Nəticədə bu gün yeni məktəblərin tikilməsi problemdir.
Elə ərazilər də var ki, bir neçə yeni məktəb inşa olunub, lakin yenə də sıxlıq aradan qalxmır. Məsələn, Binə ərazisində 5 məktəb var. Bu məktəblərin hər birində sıxlıq problemi yaşanır. Elə siniflər var ki, orada 40-50 şagird var.
Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər tikilməli, siniflərdəki şagid sayı ilə bağlı maksimal hədd müəyyən edilməlidir. Bu zaman yeni dərs saatları, vakansiyalar yaranar və şagird sıxlığı problem həll olunar”.
Elşən Qafarov sonda qeyd edib ki, şagird sıxlığı məsələsinə elə-belə yanaşmaq olmaz. Çünki bu siniflərdə tədrisi təşkil etmək olmur, müəllimlər çox böyük çətinlik çəkir, şagirdlərin isə konusitutsiya hüquqları pozulur.
Əmrullayev islahat aparmaq fikrində səmimidirsə, BUNU ETSİN... - HƏQİQƏTƏN DƏ...
13
yanvar
12:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Təhsil Nazirliyi: Hər partada bir şagird oturacaq
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
Niyə bağçalar açıq, məktəblər bağlıdır? - Cəsarət Valehov cavablandırdı
Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib - bir gündə 13 şagird yoluxub
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Azərbaycanda 3477 şagird COVID-19-a yoluxub - RƏSMİ
Lənkəranda koronavirusa görə 2 şagird distant təhsilə keçirildi
Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur
Yuxarı siniflər və universitetlər açılır
I sinfə şagird qəbulunun vaxtı bitdi
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Daha 10 şagirddə koronavirus aşkarlanıb
Rusiyada 60-a yaxın şagird zəhərləndi
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Azərbaycanda distant təhsilə keçən siniflərin sayı AÇIQLANDI
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Azərbaycanda yeni dərs ili başladı
Bu gün məktəblərdə “Son zəng“dir
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
40 min dollara(!) özəl orta təhsil - Azərbaycandakı məktəblərdə kimlərin övladları təhsil alır?
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
Bakıda 10 yaşlı şagird koronavirusa yoluxdu - Sinif bağlandı
Məktəblərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- Eurovision Mahnı Müsabiqəsində Rusiyanın kiberhücumlarının qarşısı alınıb
- ABŞ-ın pop ulduzundan bəd xəbər
- İsveç NATO-ya üzvlüklə bağlı yekun qərarını verdi
- “Azovstal”dakı yaralıların təxliyəsinə başlanıldı
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar