Videosu yayıldığı üçün işini itirən polislər... - FOTOLAR
3-09-2020, 12:52
297

Videosu yayıldığı üçün işini itirən polislər... - FOTOLAR

Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdırlar.

Ancaq təəssüf ki, bəzən bu Kodeksdə qeyd olunan maddələrə əməl etməyənlər də olur. Vəzifəsi qanun keşiyində durmaq olan polisin xoş olmayan davranışını əks etdirən görüntülər dərhal sosial şəbəkələrdə ictimailəşir və qısa zamanda həmin şəxs ya cəzalandırılır, ya da işdən çıxarılır.

Elə ötən gün olduğu kimi. Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.



Sosial şəbəkələrdə yayılan videoda Kamran Abbasov anasının evinə gələrək onu təhqir edib, xəsarət yetirməyə cəhd göstərib. Bundan sonra ana onu evindən uzaqlaşdırıb.

İctimaiyyətə məlum olan xidmətdən uzaqlaşdırmalardan biri də bu ilin iyulunda baş verib.

Polis əməkdaşının işdən çıxarılmasına səbəb Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin şikayəti olub.

Belə ki, S.Mahmudova şikayətində bildirmişdi ki, "Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona Messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

Araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilmişdi.



Bu hadisədən 1 ay öncə DİN-in daha bir əməkdaşı xidmətdə yol verdiyi nöqsana görə işdən çıxarılmışdı.

Belə ki, cari ilin iyun ayının 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən polis əməkdaşı qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətmişdi.

Qadına "sən də, ərin də dovşansınız” deyən polisin bu davranışı bağışlanılmaz hal kimi qiymətləndirilmişdi.



Nə qədər qəribə olsa da, bir polis əməkdaşı isə oğurluq etdiyi üçün işdən çıxarılıb. O, satışda olan sarı metal əşyanı götürüb cibinə qoyan zaman təhlükəsizlik kamerasına yaxalanmışdı.

Polis əməkdaşının adı açıqlanmasa da, onun mühafizə idarələrinin birində çalışdığı DİN tərəfindən təsdiqlənmişdi. Hadisəni 2018-ci ildə törətdiyini etiraf edən polis əməkdaşının bu davranışı işdən çıxarılması ilə nəticələnmişdi.



Polisə yaraşmayan hərəkətə yol verənlərdən biri də Qusarda xidmət aparıb. Bu ilin aprelində sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubovun da Kodeksə uyğun olmayan davranışı bağışlanılmamışdı və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunmuşdu.



Daha bir polis əməkdaşı yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkdiyi üçün işindən olmuşdu. Bu hadisə 2017-ci ildə baş verib. 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanovun da polisə yaraşmayan hərəkəti bağışlanılmamışdı.



Ötən il isə aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilmişdi.

Həmin vaxt DİN-in məsələyə reaksiyası belə olmuşdu: "Yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.



2014-cü ildə isə bir polis əməkdaşının uniformada telefonla sevgilisi ilə danışarkən ağlamasını əks etdirən görüntülər yayılmışdı. Videodan belə məlum olurdu ki, polis sevdiyi xanımla ayrılmaqla barışmır və o, buna dözməyərək ağlayır. Sevgilisini itirən polis əməkdaşı bir müddət sonra işini də itirməli olur. Polis çavuşunun davranışı nizamnamə pozuntusu kimi qiymətləndirilmişdi.



Təbii ki, belə hallar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanlarında da baş verir. İnsan faktorunun olduğu yerdə bu kimi səhvlər qaçılmazdır. Amma istənilən halda daxili işlər orqanlarında çalışan şəxs daşıdığı məsuliyyəti nəzərə alaraq mütləq şəkildə etik davranış Kodeksinə əməl etməlidir. Buna ciddi əməl edib nümunəvi xidməti ilə seçilənlər kimi...

Oxşar xəbərlər

Axtarışda olan 26 nəfər saxlanıldı
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
30 cinayətin üstü "isti izlər"lə açıldı
DİN-də əməliyyat: 13 cinayətin üstü “isti izlər”lə açıldı
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb
“Polis zibil atanlardan üzr istəməyib”
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Vilayət Eyvazovdan yeni təyinat
Kamran Əliyevdən növbəti təyinatlar
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
Mirqafar Seyidova yeni müavin təyin edildi
Gəncədə iki top mərmisi tapıldı
Deputat DİN-i tədbir görməyə çağırdı
Bakıda qadına “dovşansan” deyən polis işdən qovuldu
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Vilayət Eyvazovdan yeni təyinat
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı