“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
3-09-2020, 12:58
68

“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...

Ağdaş rayon Korarx kəndinin sakini Malik İsmayılov qonşu Aşağı Zeynəddin kəndindən bəzi ailələrin Ağdaş Rayon İcra Hakimiyyəti və Qolqəti bələdiyyəsi ilə əlbir olaraq kəndlilərin örüş yerini qeyri-qanuni olaraq hasarladıqlarını iddia edir.
Bu barədə Yeniavaz.com-a açıqlama verən M. İsmayılov bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir tədbir görülməyib:
"Mənim göl sahəm var. Onun yanında bizim camaatın 50 hektar mal örüşü var. Həmin torpağı qonşu Aşağı Zeynəddin kəndindən 3 ailə 20 ildir zəbt edib. Həmin 3 ailədən ikisinin ailə başçısı Həsənov Yediyar Bəxtiyar oğlu və Yusifov Məzahir Şahbaz oğlu İcra hakimiyyəti bələdiyyə və icra hakimiyyəti ilə əlbir olaraq qeyri-qanuni şəkildə, sənədsiz həmin ərazini hasarlayıblar. Bizə orada mal güdməyə imkan vermirlər. Ailələrdən birinin başçısı isə dünyasını dəyişib. Həmin ərazinin 10 hektarlıq hissəsinə də, heç bir icazə olmadığı halda yonca əkiblər. Polisə, məhkəməyə vermişik, heç bir tədbir görülməyib".

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını bildirdilər.
Qolqəti bələdiyyəsinin sədri Süleyman Cəfərov isə məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, hasarlanan ərazi həmin ailələrə qanuni üsullarla verilib və bunu təsdiq edən sənədlər mövcuddur:
"18 hektar Malik kişidə yer var, onun 10 hektarını göl adı ilə icarəyə götürüb, onun da sənədi düzgün deyil. Qaçqınlar da 20 ildir ki, orada məskunlaşıblar və bu müddətdə həmin torpaqlardan bir manat belə ödəmədən istifadə ediblər. Biz həmin ərazidə hər üç ailənin adına, hərəsinə 4 hektar olmaqla 12 hektar torpağı icarəyə vermişik. Onlar həmin ərazini hasarlamayıblar”.
Lakin o, sənədlərin fotosunu redaksiyamıza təqdim edə bilməyəcəyini bildirib. S. Cəfərov həmçinin bildirib ki, M. İsmayılova məxsus gölün yaxınlığındakı ərazi isə zəbt olunub:
“Orada, gölün yanında əlavə bir yer var. Həmin ərazi ümumi bir yerdir və çoraq mülkiyyətidir. Onu da neçə ildir ki, hayasızcasına zəbt ediblər, biz də vermişik məhkəməyə. İndi məhkəmə qərar çıxartmalıdır və həmin ərazidə yenidən ölçü aparılmalıdır".

Oxşar xəbərlər

İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Şəmkir icra başçısının biznes”layihələri”-VİDEO
İcra başçısı məhkəməyə verildi
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar
Qəbələ icra hakimiyyəti aksiya məsələsinə aydınlıq gətirdi - VİDEO
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Neftçalada vəziyyət əvvəlkindən fərqlənmir... - GİLEY
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı — ŞOK SİYAHI
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı