Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.
Qurum xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.
İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilmişdir.
Universal poçt rabitəsi xidmətləri üzrə əvvəlki və yeni tariflərin müqayisəli cədvəli ilə (əlavə olunur) tanış olmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilmişdir.
Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.
Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilmişdir.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Şuranın üzvləridir.
Tarif Şurasından YENİ QƏRARLAR
14
yanvar
13:09

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
SON DƏQİQƏ: Azərbaycanda benzin və dizelin qiyməti dəyişdi - RƏSMİ
Qazın qiyməti qalxdı - RƏSMİ
İşığın qiymətinin iki dəfə qalxması aktuallaşır
İşığın və qazın qiymətinin bahalaşması aztəminatlı ailələrə təsir etməyəcək
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
Tarif Şurası hamının maraqlandığı suallara aydınlıq gətirdi - RƏSMİ
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Azərbaycanda iki qurum BİRLƏŞDİRİLİR
Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum - Video
Azərbaycanda elektrikin qiyməti iki dəfə qalxacaq? - Açıqlama
Məktəblilərin iş dəftərləri harda verilir? - AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
“Qiyməti 5000 olmayan evin qazı üçün 16400 AZN tarif qoyulub”
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
Məsələ benzinin bahalaşmasında deyil, əsl BÖHRAN BURDADIR! - NƏ BAŞ VERİR?
Tarif Şurasından daha bir QƏRAR
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Tarif Şurasının qərarı niyə cəfəngiyyatdır? - 3 SƏBƏB
Əfv komissiyasının iclası keçirilir
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Nazir onu baş direktor təyin etdi
Maşın bazarında nə olacaq? - “Çıxış yolu qalmır”
Bu gün Əfv komissiyası yeni müraciətlərə baxacaq
“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri Milli Məclisə verilsin” - Razi Nurullayev
“Bakıdan İstanbula biletin qiyməti İstanbuldan Nyu-Yorka olandan bahadır” – İqtisadçıdan çağırış
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- "Ermənistan logistik problemlərlə üzləşir" - Paşinyan
- Dolların məzənnəsi açıqlandı
- Qazandığı iki milyon bu işə qoyacaq
- Bu uşaqlar I sinfə müsahibəsiz qəbul olunur
- Məşhur komediya ustası vəfat etdi
- "Gülcemal"ın finalı ilə bağlı dəyişiklik
- “Arka sokaklar”ın Muratı illər sonra
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar