Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...
14-01-2022, 17:17
48

Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...

"Hazırda geniş yayılan viruslardan biri də "Koksaki" virusudur".
 Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

Mütəxəssis bildirib ki, "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar:
""Koksaki" - çirkli əllər xəstəliyidir. 97% yoluxmalar qidadan olur - içməli və hovuzlarda təsadüfən udulan sudan, çirklənmiş qida məhsullarından və şəxsi gigiyena qaydalarına riayət etmədikdə yaranır. Bu virus 98% yoluxucudur, xəstənin özü və əşyaları ilə sıx əlaqədə olduğu halda yoluxma baş verə bilər.
Adətən bu virus xəstəliyini keçirən uşaqlar 3-10 yaşında olurlar. Yeni doğulmuş südəmər körpələrin orqanizmində, təbii qidalanma ilə əlaqədar, möhkəm immun qorunma mexanizmləri formalaşdığına görə, xəstəliyin qarşısı alınır. Yeniyetmə və böyüklərdə virusun orqanizmə düşməsi aktiv kliniki simptomatikanı artırmır, gizli (latent) formada keçir və sonradan xəstəliyə qarşı immunitet qazanması ilə nəticələnir.

İnkubasiya dövrü, yoluxma zamanından - səpgi şəklində ilkin əlamətlərin yaranmasına kimi, 10 gün təşkil edir. Eyni zamanda digər simptomlarda üzə çıxır: bədən temperaturun 38 dərəcə və daha yüksək olduqda, dil üzərində ərpin yaranması, ümumi zəyiflik, boğaz ağrıları, iştahın pozulması, boyun limfa düyünlərin böyüməsi kimi.
Rəngin ağarması, bədəndə, qulaqətrafı, barmaqlar arası, göyərmənin yaranması, orqanizmin su balansının pozulma əlamətləri, halsızlıq, dodaqların quruması, sidik ifrazının azalması, yuxululuq və başgicəllənmələr, kəskin baş ağrıları, iştahsızlıq, uzun sürən hərarət kimi sipmtomar həkimə dərhal müraciət etmək üçün səbəblər hesab olunur.
Bu virusa yoluxan uşaqların müalicəsinə intoksikasiya zamanı yataq rejimi, kifayət qədər vitamin və çoxlu suyun qəbulunu nəzərə alaraq, pəhrizin saxlanılması, ishal (diareya) və qusmalar olduqda - hidrasiya terapiyanın aparılması kimi prosedurlar daxildilər. "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar".

Oxşar xəbərlər

Koronavirus indi daha sürətlə yayılır
Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
COVİD-in yeni əlamətləri üzə çıxır - Həkimdən HƏYƏCAN TƏBİLİ
Azərbaycanda uşaqlar arasında kütləvi virus yayılıb
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Martdan koronavirusun 3-cü dalğası başlaya bilər
Nəyə görə bəzi adamlar koronavirusa heç yoluxmur?
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
Yeni ştammla bağlı qorxunc açıqlama: Maska işə yaramır
"Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"
Rusiyada uşaqlar arasına koronavirus sürətlə yayılır
“2025-ci ilə kimi pandemiya davam edəcək“ - Akademik Porxanov
DİQQƏT: Bu əlamətlər varsa "Delta"ya yoluxmusunuz - SÜRƏTLƏ YAYILIR...
Həkim: “Yoluxma hallarının artması həm dövlət, həm də əhali üçün təhlükə yaradır”
Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyasıyla bağlı XƏBƏRDARLIQ
Koronavirus uzun müddət beyin və bağırsaqlarda qalır - Alimlər
Məktəblər yenidən qısamüddətli qapanmaya gedə bilər - VİDEO
Koronavirusun "delta" ştammı sürətlə yayılır - ÜST-dən xəbərdarlıq
Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI
Həkimdən şad xəbər: Azərbaycanda dördüncü dalğa olmayacaq (VİDEO)
Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
“Xəstəliyə yoluxanların hər gün çoxalmasının səbəbi...” - Direktor müavini
“Meymun çiçəyi” virusu nədir? – Simptomları və qorunma yolları
Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
Virusun ardınca zəlzələ - Zirəddindən Azərbaycana dair yeni proqnoz
Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ, yanğın və...
Qriplə koronavirusun 3 əsas fərqi - Həkim AÇIQLADI