Dövlətə uşaq əmanət etməyin nəticəsi bu olmamalıdır
14-01-2022, 17:37
107

Dövlətə uşaq əmanət etməyin nəticəsi bu olmamalıdır

Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində baş verən zorakılıq halları ciddi narahatlıq doğurur. Təkcə zorakılığın özü deyil, ona müəyyən ekspertlər və sosial kəsim tərəfindən ictimai şəkildə haqq qazandırılması, məsələnin ört-basdır edilməyə çalışması və şiddətin qanuni cəzayla nəticələnməməsi də hadisənin özü qədər ağır və təhlükəlidir. 
Son olaraq İsmayıllı rayonunda 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisənin baş verməsi onu göstərdi ki, uşaqlara qarşı belə zorakı yanaşma adi hal alıb. Çünki bundan əvvəl aşkarlanan bu kimi nöqsanlarla bağlı müvafiq tədbir görülməyib. Cəzasızlıq sistemi uşaqlara qarşı psixoloji və fiziki şiddətin tətbiqinə, yayğınlaşmasına zəmin və şərait yaradır. Bu ölkədə valideyn uşağını bağçaya göndərməkdən niyə qorxmalıdır axı? Xüsusilə körpələrin özü niyə bu qprxuyala yaşamalı və böyüməlidir? Dövlət bağçasına uşaq göndərmək, onu dövlətə əmanət etmək deməkdir. Biz hüquqi, qanunla idarə edilən dövlətdə yaşayırıq. Bəs bu kimi hadisələrə verilən hüquqi qiyməti niyə görə bilmirik? 
Bu günün sinfi, şagirdləri, uşaqları gələcəyin cəmiyyətidir. Məktəbə təhsil almaq, şəxsiyyət kimi yetişdirilmək üçün göndərilən uşağın niyə elə bu yaşdaca hüquqları pozulmalı, psixologiyası zədələnməli və bu kimi olaylar nəticəsiz qalmalıdır? 
Belə hadisə baş verən zaman, uşağın valideyni şikayətçi olmasa belə, dövlət qanunvericilik əsasında, uşaqların konstitusiya hüquqları ilə onu qorumalı, sahib çıxmalıdır. Hətta bu kimi halların aradan qaldırılması üçün qanunvericiliyin özündəki boşluqları aradan qaldırmağa da ehtiyac var. Qanun təkcə uşağa hər hansı zədə yetirildiyi halda dövrəyə girməməlidir, zorakılığın bütün formaları hüquqi cəzasını tapmalıdır. Müəllimin, eləcə də valideynin və digər şəxslərin uşaqlarla bu cür davranışları onların həyatlarının sonrakı mərhələlərində özünü mənfi şəkildə göstərir. Oan görə də bu məsələ son dərəcə həssas və məsuliyyətli yanaşma tələb edir. 
Birincisi, bağça və məktəblərdə tərbiyəçi, müəllim və pedaqoqların seçim mərhələsinə diqqətlə yanaşılmalı, ciddi nəzarət olunmalıdır. Təhsil müəssisələrində psixoloji işin təşkili önəmli məsələdir. Kiminsə iş verdiyi qohumu, dostu, tanışı gəlib uşaqları təhqir edə, döyə bilməz. İşəgötürülən şəxslərin psixoloji durumu yoxlanılmalı, uşaqlarla davranış qaydaları bir daha izah edilməlidir. Düşünürəm ki, uşaq üçün savadlı müəllimdən, onun nəzəri biliklərindən əvvəl psixoloji hazırlıq səviyyəsi bizim üçün vacib olmalıdır. Hər pedaqoq uşaqla normal davranmaq, sağlam münasibətlər qurmaq qabiliyyətinə malik olmur. 
İkincisi, müəllim uşağa qarşı zorakılıq tətbiq etdikdə, ictimaiyyətin sakitləşdirilməsi, bağça və ya məktəb rəhbərliyinin özünü sığortalaması naminə ona töhmət verilməsi ilə kifayətlənmək olmaz. Müəllimin əmək fəaliyyətinə xitam verilməli, ədalətli şəkildə tədqiqat aparılmalı, hadisəyə hüquqi qiymət veriməlidir. Bu kimi hadisələr təkcə uşaq, insan hüquqlarının pozulması deyil, həm də sosial və əxlaq dəyərlərinin məhvidir. 
İsmayıllı rayonunda 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisəylə bağlı  tərbiyəçi-müəllimin əmək fəaliyyətinə xitam verilsə də, bununla iş bitmir. Azərbaycan Yüksəliş Partiyası olaraq, uşaqlarımızın fiziki və psixoloji sağlamlığının qorunması, gələcəkdə belə halların təkrarlanması üçün məsələnin dərindən araşdırılmasını və hüquqi tədbir görülməsini tələb edirik. 
Sevinc Fədai
AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini

Oxşar xəbərlər

Bağçada azyaşlını vuran tərbiyəçi İŞDƏN QOVULDU
Bakıda bağçalara uşaq qəbulu dayandırıldı
İcra başçısı bu hərəkətinə görə tənqid olundu - FOTOLAR
Körpəyə qarşı vəhşilik edən tərbiyəçi ilə bağlı qərar verildi - RƏSMİ - VİDEO
Bu uşaq evləri Bakı meriyasında qaldı - Eldar Yunusov nə işlə məşğul olacaq?
Uşaq bağçaları da açılır - Bu tarixdən
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Uşaq hüquqları aylığına start verilir
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Uşaq bağçasında rüşvət tələbi – şok səs yazısı
"Azərbaycanın təkcə problemi uşağın döyülməsidir?" - Rəşid Mahmudov
Bakıdakı uşaq bağçalarında 2 milyonluq yeyinti - ŞOK FAKTLAR
Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur
Büdcədən 2 milyon manatlıq yeyinti - Palata açıqladı
Bağçada körpəsinə şiddət göstərilən ata danışdı - VİDEO
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Regionlarda bağçalar fəaliyyətə başladı - VİDEO
Uşaqlara xarici dil nə vaxtdan öyrədilməlidir? - AÇIQLAMA
Bakıda bağçada uşağa qarşı zorakılıq - 2 yaşlı uşağı bu hala kim saldı? - VİDEO
Prezidentin açılışında iştirak etdiyi Şəkidəki uşaq evində DƏHŞƏTLİ MƏNZƏRƏ... - Körpə uşaqlar döşəmədə yatızdırılır və...
Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI
“Bilik günü” onlayn qaydada keçiriləcək
Azərbaycanda uşaq bağçasında YANĞIN
Almaniyada ana beş uşağını öldürüb
Oqtay Əsədovun qohumuna qarşı rüşvət ittihamı: - hər uşağa görə 1000, 700 azn...
Ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb? - 12 yaşlı uşaq danışdı - VİDEO
İnanılmaz OLAY: Bağçadan 215 uşağın qalıqları tapıldı
Uşaq pulunu nədən ala bilmirik?
“Məktəbləri açmaqla insanları çaş-baş salıblar“ - “Uşaqlarımı dərsə buraxmıram“
Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı açıqlanıb