“Buta Airways” bütün reyslərdə aviabiletlərin qiymətini endirdi
14-01-2022, 17:50
135

“Buta Airways” bütün reyslərdə aviabiletlərin qiymətini endirdi

Bakı - Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti qiyməti 29 avrodan başlayan “Büdcə” tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib. 
Bu barədə  “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.
“Büdcə” tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.
 “Büdcə” tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva (“Jukovski” hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.
“Büdcə” tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:
• Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçik çanta və ya kamera çantası və portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
• Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
• Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
• Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
• Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;
• Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində “Büdcə” tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, “Standart” və “Super” tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.

Oxşar xəbərlər

Bakıdan Ankaraya xüsusi aviareyslər açılır
AZAL-dan Bakı və İrəvandan İstanbula biletlərin qiymətləri ilə bağlı AÇIQLAMA
Bakı-Tbilisi-Bakı aviareysi bərpa olundu
Bakıdan Ankara və Antalyaya xüsusi reyslər başlayır
Bakı-Naxçıvan aviareysinin sayı artırılır
"Gürcüstan Hava Yolları" müflis oldu - 56 milyon borc
Bakı-Naxçıvan reyslərinin sayı azaldıldı
AZAL-dan Azərbaycana giriş-çıxış qaydaları barədə açıqlama
Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı
Bakıdan İstanbula uçan təyyarə güclü dumana görə başqa aeroporta enib
Cahangir Əsgərov Azərbaycan xalqına bir də BELƏ ZİYAN VURUR - FAKT BUDUR!
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər - Qaydalar açıqlandı
Azərbaycanın hava məkanında UÇAN QİYMƏTLƏR - AZAL-ın İNHİSARÇILIĞI
Rusiyaya getmək istəyənlərə şad xəbər: AZAL bu tarixdən reysləri artırır
Bodrum və Dalaman kurortlarına uçuşlara başlanılır
Frankfurt-Bakı aviareysi bərpa olundu
AZAL-ın təyyarəsinin mühərrikinə quş girdi - Reys təxirə salındı
Dubaydan Bakıya gələn təyyarə gecikir
ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırdı
Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bərpa edilir - Bu tarixdən
Nur-Sultandan Bakıya təyyarə reysləri tam bərpa olunub
"Buta Airways" müştəriyə necə problem yaradır... - GİLEY
Rusiyanın 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçiriləcək
Yaponlar çarə tapdılar: Təyyarədə evlənirlər
Təyyarə park edilərkən qəzaya uğradı - VİDEO
Rusiyadan Azərbaycana gəlmək istəyənlərə ŞAD XƏBƏR
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Azərbaycana səfər edənlər bu qaydalara əməl etməlidirlər!
Rusiya aviaşirkətinə Füzuliyə uçuşa icazə verildi