Bu xidmətlərin də ƏDV-si geri verilir
14-01-2022, 18:32
147

Bu xidmətlərin də ƏDV-si geri verilir

Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilir ki, dəyişiklik “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması, habelə həmin fəaliyyət sahələri üzrə vergi münasibətlərində şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də NKA çevik hesablaşma forması olduğundan kassa aparatları tətbiq edilməli fəaliyyət sahələrinin dairəsi genişləndirilir. Nəzərə alınmalıdır ki, belə nəzarət mexanizmi qurulmadığı halda, vergi ödəyicisinin fəaliyyəti operativ vergi nəzarəti tədbirləri ilə əhatə edilir ki, bu da vergi orqanlarına münasibətdə inzibatçılıq yükü yaradır, eyni zamanda vergi ödəyicisinin iş prosesinə təsir etməklə onun narazılığına səbəb olur.
Yeni nəsil NKA-ların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində “ƏDV gerial” layihəsinə də müsbət təsir göstərəcək. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərinin göstərilməsi sahəsində də “ƏDV gerial” mexanizmi tətbiq olunub.

Oxşar xəbərlər

Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO
ƏDV ilə bağlı vacib açıqlama
"ƏDV geri al" layihəsi ilə bağlı dəyişiklik ediləcək
Pandemiyadan zərər çəkənlərə 50 faiz güzəşt... - Vacib açıqlama
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
İşçilərin vaksin edilməsi ilə bağlı XƏBƏRDARLIQ
Vergi ödəyiciləri üçün daha bir YENİLİK
Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
Gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV geri alınacaq
Daha 28 nəfərin əmək müqaviləsi olmadan işlədiyi AŞKARLANDI
"Asan imza" sertifikatlarıyla bağlı YENİLİK
Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı
Bakıda tibb mərkəzində qanunsuzluqlar aşkarlandı - Direktor yoxlamaya mane oldu
“Lido” restoranında qanun pozuntuları aşkar edilib
Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olarmı?
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
İlham Əliyev bu şəxslərə ali xüsusi rütbələr verdi
Əmək müqaviləsi olmadan işə cəlb etmə halları AŞKARLANDI
“İST petrol” YDM-in nəzdində olan” İST CARS” fırıldaqlığı - ŞOK İDDİA
Bu gündən fəaliyyəti bərpa olunan iş yerlərinin tam – Siyahısı
Vətən müharibəsi qəhrəmanlarının əməkhaqqıları ilə bağlı QƏRAR
COVID-19 pasportunun tələb olunduğu iş və xidmət sahələri - SİYAHI
Daha bir vəzifəli şəxs koronavirusdan öldü
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
Prezidentdən KOBİA ilə bağlı FƏRMAN
İctimai iaşə müəssisələrində yoxlama gücləndirilib
Bu şəxslər vergi ödəməyəcək