Rəsmi Bakıdan Ermənistanın iddiasına CAVAB
14-01-2022, 18:34
45

Rəsmi Bakıdan Ermənistanın iddiasına CAVAB

Ermənistan XİN-in guya Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiası, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in “Bakıda ermənilərə qarşı qırğın” törədildiyi barədə bəyanatını şərh edərkən deyib.
L.Abdullayeva bildirib:

"Təəssüflə qeyd etməliyik ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir.
Azərbaycanda ermənilərin “poqromları” adlandırılan uydurma iddiaya gəldikdə, istintaq materialları, eləcə də bir sıra beynəlxalq müstəqil qurumların təkzibedilməz müşahidələri sübut edir ki, əslində bu, Azərbaycan xalqının müstəqilliyi və suverenliyi uğrunda artan mübarizə şəraitində sovet xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribatçı əməllər idi. Xatırladırıq ki, 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları kütləvi qətl, işgəncə və təqib kampaniyası ilə, etnik azərbaycanlıların sistemli şəkildə hədəfə alınması nəticəsində 250.000-ə yaxın azərbaycanlının Ermənistan SSR-dəki tarixi yerlərindən zorla köçürülməsi ilə müşayiət edilib. Təəssüf ki, bu günədək Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilən bu və digər çoxsaylı cinayətlərə görə heç bir nəfər də məsuliyyətə cəlb edilməyib.
Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc azərbaycanlılara qarşı qırğın törədib və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi.
Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və 30 ilə yaxın davam edən işğalçı siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını onilliklər ərzində kobudcasına pozduqlarını etiraf etməlidir. Etiraf etməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb edilsin, gələcəkdə bu kimi cinayətlər bir daha törədilməsin".

Oxşar xəbərlər

Azərbaycan XİN-dən Ermənistana CAVAB
Azərbaycanla Ermənistan arasında viza məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır - İlham Əliyev
XİN-dən Ermənistan prezidentinə cavab
Azərbaycan XİN-dən Ermənistanın ittihamlarına REAKSİYA
Azərbaycan XİN Ermənistana cavab verdi
Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək - XİN
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır - Hikmət Hacıyev
Rəsmi Bakıdan Ermənistana - Çağırış
“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir” - Yevgeni Mixaylov
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
“Bu iddialar tamamilə əsassızdır” - Rəsmi Bakıdan Ermənistana CAVAB
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Rəsmi Bakıdan Hindistana CAVAB
"Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb" - Dövlət başçısı
Azərbaycan XİN Ermənistana cavab verdi
Baş nazir MDB ölkələrinə çağırış etdi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Azərbaycan XİN-dən Ermənistan XİN-ə CAVAB
XİN-dən Ermənistanın yalanıyla bağlı AÇIQLAMA
Azərbaycan XİN İzmirdəki zəlzələ ilə bağlı açıqlama yayıb
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
Yaxın aylarda keçmiş məcburi köçkünlər evlərinə qayıdacaq - Leyla Abdullayeva
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Ermənistan təxribatı nəticəsində 2734 ev yararsız vəziyyətə düşüb
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Rəsmi Bakıdan Ermənistanın “hərbi əsirlər”lə bağlı iddialarına REAKSİYA
XİN: "Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir və üçtərəfli bəyanatı pozur"
Ceyhun Bayramov estoniyalı həmkarı ilə son vəziyyətdən danışdı