Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
3-09-2020, 14:13
146

Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar

Hindistanda ağlasığmaz hadisə yaşanıb. Hindli bir ailə xüsusi xəstəxanada dünyaya gələn körpələrinin doğum xərclərini ödəyə bilmədiklərinə görə uşaqlarını xəstəxanaya satdıblar.
Sherg.az xəbər verir ki, hadisə, ölkənin Uttar Pradeş əyalətindəki Agra şəhərində baş verib. Shiv Charan adlı adam, sancısı artan hamilə həyat yoldaşı Babıdanı xüsusi xəstəxanaya aparıb. Körpə sağ-salamat dünyaya gəlib. Xəstəxana, körpənin atası Charana 35 min hind rupisi (3 min 530 lirə) hesab yazıb. Charan hesabı ödəyə bilmədiyinə görə xəstəxana körpəni satın alıb.
Ata fərqli iddia irəli sürüb. O, xəstəxananın körpəsini 100 min hind rupisinə (10 min lirəyə) satmağa məcbur etdiyini söyləyib. Maraqlı hadisə ilə əlaqədar xəstəxananın müdiri Seema Gupta  bildirib ki, ailə özü körpədən imtina edib və bu  “satış” deyil, “övladlığa götürmə” əməliyyatıdır. Xəstəxana tərəfindən, uşağın “övladlığa götürmə” əməliyyatlarına aid bütün sənədlərin hazırlandığı və ailənin də sənədi öz razılıqlarıyla imzaladığı ifadə edilib. Xəstəxananın iddilarını rədd edən ata isə  oxuya, yaza bilmədiklərini əsas gətirərək özlərini müdafiə edib.
Bölgənin məhkəmə hakimi Prabhu N Singh, yeni doğulan körpə ilə bağlı insan alveri iddiası ilə istintaq başladıldığını və lazımi əməliyyatların aparılacağını bildirib.
Hindistanda bəzi xəstəxanalarda körpələrin xəstəxananın himayəsinə alınaraq övladlığa götürmək istəyən cütlüklərə satıldığı qeyd edilir.

Oxşar xəbərlər

Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
İftarda şərbətə görə düşən mübahisə faciə ilə bitdi
Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada
Şamaxıda körpə doğuş zamanı ölüb
Toyda kütləvi dava: Gəlin xəstəxanalıq oldu - Türkiyədə
Bakıda 7 saylı doğum evində ana və körpəsi öldü
Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir - VİDEO
Ərini bıçaqlayan qadından təəccübləndirən sözlər: “Özü istədi”
Samuxda partlayış - Yaralılar var
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi
Almaniyada ana beş uşağını öldürüb
Şəmkirdə özünü yandıran kişini Bakıya gətirdilər
Kürdəmirdə hamilə qadın qaynı tərəfindən güllələndi
Gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlayan Gəncə sakini saxlanıldı
Xanım sədr kişiləri müdafiəyə qalxdı: - “Qadınlarımız da dinc dayanmırlar”
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO
Binəqədidə satıcı müştərinin burnunu sındırdı
Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
Azərbaycanda 58 nəfəri ilan sancdı
Telefon "zaryadka"da ikən yuxuya getdi, səhər cəsədi tapıldı - Daha bir ölüm
Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı - VİDEO
Türkiyədə terror: Polisləri daşıyan avtobus partladıldı
Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü
Zaur Baxşəliyev xəstəxanaya yerləşdirildi
Bu ölkə Çinin Su-35 qırıcısını vurdu
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
Ağstafa sakini intihara cəhd etdi