Harvard Universitetinin Tibb fakültəsinin alimləri bildiriblər ki, pəhrizinizdə mayonez və marqarini zeytun yağı ilə əvəz etsəniz, gözlənilən ömür uzana bilər. 

Onların araşdırması “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.

Araşdırmanın müəllifləri 90 min könüllünün məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, on qram marqarin, kərə yağı və ya mayonezin müvafiq miqdarda zeytun yağı ilə əvəz edilməsi bir çox xəstəliklərdən ölüm riskini azaldacaq.

"Zeytun yağının daha aktiv istifadəsi ürək-damar xəstəliklərindən ölüm riskinin 19%, xərçəngdən 17%, neyrodegenerativ xəstəliklərdən 29%, tənəffüs xəstəliklərindən 18% azalmasına səbəb olur" deyə onlar qeyd ediblər.

Vurğulayıblar ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi sakinlərinin gündəlik qida rasionunda yer alır.