Yanvarın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən verilən xəbərə görə, spiker Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf etməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə impuls verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin daha da inkişafına parlamentlərimiz özünəməxsus töhfə verməkdədir. Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təcrübə və qanunvericilik sahəsində informasiya mübadiləsi baxımından önəmli hesab edib. Bildirilib ki, deputatların mütəmadi səfərləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O cümlədən, parlamentarilərin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı məmnunluq doğurur.
Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycan tərəfindən həyata keçirilib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Spiker həmçinin, Ermənistanın 30 illik işğalının nəticələri barədə məlumat verib. Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən yox, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, Sülh Sazişi tezliklə imzalanacaq.
Rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq əmin olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqlar münasibətlərimizin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.
Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik edib.
Aleksa Beçiç COVİD-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərilən yardıma görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə edib. Belə bir fikir vurğulanıb ki, qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsi digər sahələrin də inkişafına öz müsbət təsirini göstərir.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.
Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb
17
yanvar
18:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova italiyalı deputatlarla görüşdü
Sahibə Qafarova Serjan Abdıkarimovla görüşdü
Sahibə Qafarova Qırğızıstan parlamentinin spikeri ilə görüşdü
Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşüb
Sahibə Qafarova italiyalı nazirlə görüşdü - FOTO
Sahibə Qafarova Türkiyənin yeni səfiri ilə görüşdü
Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
İlham Əliyev Monteneqro parlamentinin sədrini videoformatda qəbul etdi - YENİLƏNİB
Sahibə Qafarova Şəntopla görüşdü
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
"Ermənistan növbəti dəfə hərbi cinayət törədir" - Sahibə Qafarova
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarova Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü
Sahibə Qafarovadan İranda Xocalı soyqırımı ilə bağlı sənəd haqda çağırış - FOTO
Sahibə Qafarova Slovakiyaya rəsmi səfərə gedir
Sahibə Qafarova TBMM sədri ilə görüşüb
Sahibə Qafarova Qazaxıstana getdi
Sahibə Qafarova Macarıstana getdi
Sahibə Qafarova Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüb
Sahibə Qafarova Britaniya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdə olacaq
Sahibə Qafarova Macarıstanın baş naziri ilə görüşdü - FOTO
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Sahibə Qafarova Misir səfiri ilə görüşdü
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Sahibə Qafarova Slovakiyanın xarici işlər naziri ilə görüşüb
Sahibə Qafarova Pakistana gedəcək
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb
Prezident Monteneqro parlamentinin sədrini videoformatda qəbul edib
Sahibə Qafarova İndoneziya səfiri ilə görüşdü
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Səfər Əbiyevin, Nəcməddin Sadıkovun kadrı Valeh Nəcəfovun əməlləri...- ASTARADA NƏ BAŞ VERİR ?
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Nəvəsi tərəfindən qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs olub
- Azərbaycan Ordusu 104 yaşında
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi