Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i”, “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “Oliqarx rektorun yeni tikdiyi 5-ci villası” və digər başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə qeyd etmişik ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adıkeçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar, illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.
2016-cı ildə Hesablama Palatasının ADAU-da keçirdiyi maliyyə yoxlamaları zamanı “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiyanın isə birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verdiyi yazılırdı. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürüldüyü iddia edilirdi. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da, əmək haqqlarının rektor İ.Cəfərova çatdırıldığı bildirilirdi. Bütün bunlara baxmayaraq bu tədris ili rektor rüşvət müqabilində yenidən 80-ə yaxın təhsilə aid olmayan adamı ADAU-da işlə təmin edibdir. Rüşvətlə işə qəbuldan əldə etdiyi çirkli pullarla isə Göygöl yolunda “Sevimli market”in arxasında tikdirdiyi 5-ci villasını təmir edib və Goran qəsəbəsində yerləşən mebel dükanından bu yaxınlarda 50.000 manata mebel dəstləri alıbdır. Maraqlıdır ki, Hesablama Palatasının maliyyə yoxlaması 5 ildən bir aparılmalı olduğu halda İbrahim Cəfərovun himyədarları sayəsində bu günə qədər də aparılmayıb və yubadılmaqdadır. Çünki bilirlər ki, bu yoxlamalar rektorun ən azı vəzifəsiylə vidalaşmasına gətirib çıxara bilər. Bir maraqlı məqama da toxunaq ki, İ.Cəfərov Elmi Şura qarşısında bu günə qədər maliyyə hesabatı verməyibdir.
“Universitetin tozu da mənə bəsdir deyən”, rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru sən demə elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə aqrar təhsil ocağının rəhbəri “adi tozla” lüks və eyş-işrətli həyat tərzi sürürmüş. Rektorun villaları, bahalı son model maşınları, rektorluğu dönəmində Bakıda və Gəncədəki göydələnlərdə almağa macal tapdığı bir neçə bahalı mənzilləri varmış. Rektorun var-dövləti barədə bilgilərin sübutu kimi redaksiyamıza fotoşəkillər təqdim edən, adlarının açıqlanmasını istəməyən professor-müəllim heyəti bildirir ki, İbrahim Cəfərov övladlarına aldığı inomarka maşınların özü qədər dövlət nömrə nişanları da uzun illərdir hamıda maraq doğurur. Belə ki, ADAU rektoru üçün universitetdən ayrılan “BMW” markalı xidməti avtomaşının da, özünün və ailə üzvlərinin mülkiyyətində olan maşınların da nömrələrinin sonu “333”-dür və bu təsadüfi hal deyil. Deyilənlərə inansaq, rektor məhz “333” rəqəmini öz uğuru hesab edir.Həqiqətən maraqlıdır, hazırda rektorun öz xidməti maşını (10 AA 333) da, digər Cəfərovların idarə etdikləri son model – “BMW” və “Hyunday Elantra” markalı avtomaşınlar da nömrə sonluğunda “333” rəqəmini gəzdirir. Verilən məlumata görə, rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində “Noxudluq” deyilən ərazidə özünə mini villa da tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə azı 200 min manat vəsait xərcləndiyi deyilir.Bundan əlavə, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri milyonlarla ölçülür. Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü “kasıb və sadə” göstərsin deyə oradakı mənzillərində qalır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
//aktualxeber.az//