“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
3-09-2020, 15:42
264

“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...

Bakı şəhər sakini Ələkbərova Kamilə Moderator.az-a açıqlamasında “Turan” klinikasından şikayət edib. Şəhər sakini klinikada onu müayinə etdikdən sonra səhv diaqnoz qoyulduğunu bildirib:

“Mən indi xəstəyəm. Mənə lazım idi ki, zond udam, çünki iki ay müalicə olundum həkim dedi ki, siz zond udmalısınız ki, müalicədən sonrakı fərqi görək. Biz Bakının Əhmədli qəsəbəsində yaşayırıq. Bilirsiniz ki, pandemiya dövrü olduğu üçün maddi vəziyyətimiz də yaxşı deyil. Mən də zond udmaq üçün “Turan” klinikasına getdim. İlk olaraq məni bir saat gözlətdirib dedilər ki, hələ həkim yoxdur. Sonra biz yuxarı mərtəbəyə qalxdıq yenə yarım saat gözlədik və tibb bacısı çıxıb dedi ki, həkim 15 dəqiqədən sonra olacaq. On beş dəqiqədən sonra bir həkim gəldi və mənə zond uddurdu. Məsələ ondan ibarətdir ki, məndə on ildir ki, bel yırtığı var və bundan əziyyət çəkirəm, şiddətli ağrılarım olur. Bütün bunlara baxmayaraq həkim mənə dedi ki, sən sağlamsan. Sonradan biz bildik ki, bu həkim endoskopist yox, endikrinoloq imiş. Yəni klinika pul qazanmaq üçün öz həkimim olmasa da,  yalnış həkimə göndərib. Bu müayinəyə altmış manat pul verdim. İndi başqa klinikaya müayinə üçün getməyə də pulum yoxdur. Klinika mənə deyir ki, ikinci dəfə endikrinoloqdan müayinədən keçmək üçün növbəti dəfə altmış manat ödəməlisən. Mən isə xahiş edirəm kömək edin, ya pulumu geri qaytarsınlar, ya da təyinatı üzrə məni dəqiq müayinə etsinlər”.  

Məsələylə bağlı əməkdaşımız klinikayla əlaqə saxlayıb. Klinikadan vətəndaşının şikayətinin araşdırılıb aydınlaşdırılacağı bildirilib".

Oxşar xəbərlər

Yalnış diaqnoz 30 kilo artıq çəkiyə səbəb oldu - "Stimul Hospital" -dan şikayət var
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?
17 yaşlı qızı qaçırdığı deyilən oğlan DANIŞDI: "Bir dəfə ailəli olub, boşanmışam..."
Bərdədə qalmaqallı qaçırılma məsələsində tərəflər danışdı - Təfərrüat
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Şamaxıda körpə doğuş zamanı ölüb
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Həkim baş redaktorla razılaşır: “Maskaların yerə atılması təhlükəlidir”
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi
Bu insanlar xərçəng xəstəliyinə meyillidirlər
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
"Koronavirus sətəlcəm deyil"
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb - VİDEO
Azərbaycanda daha bir həkim koronavirusdan öldü
Türkiyədə kazinolar kralını güllələyən killer Həsən Müzəffərov məhkəmədə nələri danışdı...
“Moyes mənim üçün ata kimi idi”
“Övladlarımız qanköçürmədən sonra hepatitə yoluxub” – MHTM-də nə baş verir?
Pambıq paltarlar koronavirusdan qoruyur? - Həkimdən açıqlama
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
“O boyda müsibətdən sonra yaxşıdır ki, nəfəs alıram” – Zöhrə Abdulayeva - FOTO
Çılğın “Turan”ın Sakiti və onun faciəli həyatı - VİDEO
Fəxri adsız qalan məşhur aktyor: “Camaata ev verirlər, mən isə evimi satmalıyam ki, yaşayım”
Koronavirusa yoluxan şəxs neçə gün sonra digərləri üçün təhlükəli deyil? - Açıqlama
“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
Qonşu ölkədə şok olay: 7 həkim xəstəxanadan qaçdı