Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anası vəfat edib.
Milli Qəhrəmanın anası Kamilə Aznaurova 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, xalq arasında "Topçu İsgəndər" kimi tanınan Milli Qəhrəman İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib. Qəhrəmanın Qarabağ müharibəsi zamanı Gədəbəy rayonunda gedən döyüşlərdə göstərdiyi misilsiz qəhərəmanlıq nümunələri bu gün də xalqımızın dilində əzbərdir.
  • Milli Qəhrəmanın anası vəfat etdi