Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
3-09-2020, 15:47
150

Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Cəfərovun kassasiya şikayətini geri götürdüyü məlum olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclası zalında həbs olunub. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttihama görə, Vəkillər Kollegiyasının üzvü olmuş M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.
Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Xatırladaq ki, M.Cəfərov həbs edilənə qədər Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

Oxşar xəbərlər

Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Eldar Həsənov apellyasiya şikayəti verib
Azərbaycanlı parapsixoloq villasını 650 min manata satır - VİDEO
Elvin İsayevin məhkəməsi başlayır
İrandan gələn iş adamı gömrükdə “ilişdi”
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Gənc oğlan qonşusunu güllələdi, sonra dağa qaçdı - Oğuzda olay
Kişi keçmiş arvadını sevgilsinin yanında öldürdü
Şirkət direktoru axtarışa verildi
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
Deputatın qardaşı oğluna cinayət işi açıldı
“Emin 444”ün vəhşicəsinə öldürülməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Çovdarovla əlaqəli olan iş adamının qaranlıq keçmişi-VIDEO
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü