"Əgər uşağın qızdırması varsa, valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov deyib. Onun sözlərinə görə, adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hansısa infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır:
"Uşaqlarda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Ona görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu fərqləndirmək lazımdır. Qızdırma olduqda uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin bədəndən kənarlaşdırılması prosesi zəifləyir. Ona görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye içirtmək vacibdir. Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. verilə bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir. Bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacibdir. Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymənin qarşısını almağa kömək edir. Həmçinin körpənin həddindən artıq isti bükülməsi, onun bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir".
Nazirliyin mütəxəssisi bildirib ki, bədənin istiliyi 38 dərəcədən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir:
"Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu halda, onun temperaturu aşağı salınmalıdır. Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal səviyyəyə endirməyə çalışmaq lazımdır. Əgər uşağın hərarəti 38 dərəcədən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona hərarətsalıcı dərmanlar vermək tövsiyə olunur. Müsbət ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahasının yaxşılaşmasıdır. Hərarətsalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə həmin preparatlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək.
Sonda vurğulamaq istərdim ki, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan və risk qrupunda olan digər uşaqlara qrip peyvəndi vurulması tövsiyə olunur".
"Əgər uşağın qızdırması varsa..." - Nazirlik
18
yanvar
15:13

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq
“Uşaqların qızdırması olarsa, ilk olaraq..." - Pediatr
İstilər hələ qabaqdadır - XƏBƏRDARLIQ
Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri
Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI
Koronavirusun uşaqlarda rast gəlinən əlamətləri AÇIQLANDI
Bakı və Abşeronda 6 dərəcə şaxta qeydə alındı
Məktəblər yenidən qısamüddətli qapanmaya gedə bilər - VİDEO
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Həkim-terapevt: “14 və hətta altı yaşdan yuxarı uşaqları da peyvənd etmək lazımdır”
Uşaqlarda COVID-19-un təhlükəli simptomu açıqlandı - FOTO
Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu - Azyaşlı uşaqları necə qoruyaq? – VİDEO
Baş infeksionistdən yoluxanlara çağırış: Yalnız həkim təyinatı ilə...
Qubaya 16 santimetr qar yağıb
Məşhur həkimdən SOS: Hərarət saat 17:00-da 37.3 göstərirsə...
Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...
“Əgər yoluxma sayındakı rəqəmlər üç həftə də davam etsə..." - Həkimdən XƏBƏRDARLIQ
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ: - “Bu vərdiş yığışdırılmalıdır”
Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir
Alimlərdən koronavirusla bağlı nikbin proqnoz: Aktivlik azalacaq
"Peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir"
Bakıda küçədə 5 yaşlı uşaq tapıldı
"Azərbaycanın təkcə problemi uşağın döyülməsidir?" - Rəşid Mahmudov
Bu şəxslər üçün peyvənd təhlükəli ola bilər
Həkim məsləhəti olmadan uşaqlara bu dərmanları verməyin - XƏBƏRDARLIQ
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Həbsdə olan sabiq icra başçısının cəzası AZALDILDI
- Küçədən yeni doğulmuş körpə meyiti tapıldı
- “Prokurorluq icra hakimiyyətinin baş memarına qarşı nəsə etməyə qorxur” - Video
- Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Dekan AMEA-ya 19 min manatlıq qəzet və jurnal satacaq - Təfərrüat
- Bu ölkədə ölən şəxslərin orqanları çıxarılacaq
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar