"Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət alıb. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir: "Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir.
Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük”.
Prezident: "Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur"
18
yanvar
15:20

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Tağıyevin abidəsinin açılışını etdi
Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı oldu (FOTO/YENİLƏNİB)
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Əməkdar incəsənət xadimi təltif edildi
Səfir: "Türkiyə-Azərbaycan münasibətlərinin təməlini Heydər Əliyev qoyulub"
“Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi” - İlham Əliyev
Oqtay Gülalıyevin səhhətində yaxşılaşma var - Həyat yoldaşından Heydər Əliyev Fonduna təşəkkür
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
Sahibə Qafarova Azərbaycan xalqını təbrik etdi
Xəstəxanaya yerləşdirilmiş Əməkdar artistin vəziyyətindən xəbər var
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Qarabağda abidələrin bərpasında bu ölkələr də iştirak edəcək
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaq evində xeyriyyə aksiyası keçirilib
Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikandakı barelyefi bərpa etdirdi
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev ailəsi ilə Qubaya getdi - FOTOLAR
Azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Heydər Əliyev Fondu Qubada yeni məktəb tikib
Mehriban Əliyeva üçün özəl gün
Azərbaycanda Milli Qurtuluş Günüdür.
Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrimizin bərpasına başlayır
Heydər Əliyev Fondu Şuşada festival keçirəcək
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb
Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO/VİDEO
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- Eurovision Mahnı Müsabiqəsində Rusiyanın kiberhücumlarının qarşısı alınıb
- ABŞ-ın pop ulduzundan bəd xəbər
- Həbsdə olan sabiq icra başçısının cəzası AZALDILDI
- Küçədən yeni doğulmuş körpə meyiti tapıldı
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar