"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
3-09-2020, 15:52
168

"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH

Ötən gün Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub.
Görüş zamanı ölkə başçısı həmçinin Yunanıstanla Azərbaycan arasında son illərdə əməkdaşlıq səviyyəsi barəsində fikirlərini də bölüşüb.
Bununla bağlı “MediaPost”a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev görüşü şərh edib. O bildirib ki, bir səfirlə vidalaşmaq, yeni səfirlə görüşüb onun etimadnaməsini qəbul etmək diplomatiya və siyasət aləmi üçün adi bir protokol məsələsidir. 
"Yəni diplomatlar və siyasət adamları üçün bu hadisə elə də qeyri-adi bir hadisə sayılmaz. Lakin Azərbaycan Prezidenti dünən Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bu görüşü və səfirlə söhbəti sözün əsl mənasında günün hadisəsinə çevirməyi bacardı. Belə ki, İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla maksimum dərəcədə açıq və prinsipial formada söhbət etməklə yunan səfirinə həm diplomatiya dərsi keçdi, həm də Yunanıstanın qərəzli siyasətini və etibarsızlığını ifşa etdi.
Əliyev söhbətin əsas hissəsinə təxminən belə bir ustad fəndi ilə başladı və səfiri olduqca ağır bir söhbətin gözlədiyini öncədən anons etdi: "Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək".

İlham Əliyev Yunanıstanın əvvəlki hökumətinin bu ölkə ilə əməkdaşlığımıza mənfi təsir göstərən bir tender qalmaqalından danışdı və Yunanıstan hökumətinin bu məsələdə etibarsızlıq etdiyini səfirin üzünə vurdu.
B.Mirzəyev əlavə edib ki, ölkə başçısının çıxışı zamanı Yunanıstanın işğalçı Ermənistanla əməkdaşlığı və qardaş Türkiyə ilə bağlı dediklərini səfir heç vaxt unutmayacaq: "Bu sözlər yunanıstanlı səfirin qulaqlarında yəqin ki, şimşək kimi çaxdı. Mən əminəm ki, səfir Nikolaos Piperiqkos qarşıdakı səfirlik müddətində Azərbaycanın dövlət başçısı ilə ilk görüşündə eşitdiyi bu sözləri heç vaxt unutmayacaq. Bəli, səfir bu sözləri eşitməliydi. Çünki son vaxtlar özünü həm Türkiyəyə, həm də Azərbaycana qarşı yaramaz tərzdə aparan Yunanıstan adlı ölkə bu sözləri eşitməyə layiqdir.
Odur ki, səfirlə söhbətin sonunda İlham Əliyev tamamilə haqlı olaraq qeyd etdi ki, Yunanıstanla münasibətlərimizə dair "toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm". Tapmaq mümkün də deyil. Çünki Fransa, Misir, Almaniya kimi ölkələrin qanadı altına sığınan və hər daim arxadan namərdcəsinə zərbələr vurmağa vərdiş etmiş Yunanıstan kimi buqələmun ölkə son vaxtlar Azərbaycan və Türkiyə ilə münasibətlərdə bütün körpüləri yandırıb.
Yeni səfir yanmış körpüləri yenidən bərpa edə biləcəkmi ya yox, bunu zaman göstərəcək. Lakin bir məsələ gün kimi aydındır ki, bu səfir dünən aldığı diplomatiya dərsini bir ömür boyu unutmayacaq.
İlham Əliyevin bu çıxışı təkcə yunan səfirinə yox, həm də digər ölkələrə açıq mesajdır!"

Oxşar xəbərlər

İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Nazir almaniyalı səfirlə görüşdü
Prezident yeni səfir təyin etdi
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Pakistanın yeni səfiri bu tarixdə Azərbaycana gələcək
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
İlham Əliyev Mun Hini qəbul etdi
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”
Gürcüstan hökuməti Ukraynadakı səfirlə bağlı qərarını belə izah etdi
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
Qətər Azərbaycana yeni səfir göndərib