Güzəştli mənzillərlə bağlı yeni xəbər
3-09-2020, 20:09
257

Güzəştli mənzillərlə bağlı yeni xəbər

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə və Sumqayıt şəhərlərində güzəştli mənzillərin tikintisini davam etdirir.
Gündəlik Bakının məlumatına görə, Sumqayıt şəhərində reallaşdırılan layihə üzrə bütün işlərin yaxın zamanlarda yekunlaşdırılması və binaların istismara verilməsi nəzərdə tutulur.
Gəncə Yaşayış Kompleksində işlərin birinci mərhələsinin cari ildə, ikinci mərhələsinin isə 2021-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
“Regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Agentlik tərəfindən davamlı olaraq münasib torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Respublikanın digər şəhər və rayonlarında da müvafiq layihələrin həyata keçirilməsi planlaşdırılır”, - deyə MİDA-dan bildirilib.
Qeyd edək ki, Gəncə Yaşayış Kompleksi 12 doqquzmərtəbəli və 6 on iki mərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 57, üçotaqlı mənzillərin sahəsi təqribən 75, dördotaqlı mənzillərin sahəsi təqribən 97 kvadratmetr təşkil edəcək. Yaşayış binaları ilə yanaşı 125 yerlik uşaq bağçasının, 1 176 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.
Sumqayıt şəhərində reallaşdırılan layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 56, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadratmetr təşkil edəcək.

Oxşar xəbərlər

Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Qazaxda yaşayış kompleksi inşa olunacaq
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Bu ilin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Prezident 700 min ayırdı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Ev alqı-satqısı bazarında CİDDİ BÖHRAN VAR
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Bu ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq - FƏRMAN
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bu yataq ölkəmizə milyardlar qazandıracaq
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Bu gün 3 506 nəfər imtahan verəcək
Siyahıyaalmadan kənarda qalan şəxslər üçün XƏBƏR
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var