Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əmədaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zərurui istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qadını qətlə yetirib yol kənarına atan şəxslərdən biri saxlanıldı - VİDEO
19
yanvar
16:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Aztelekom”dan oğurluq edildi
Abşeronda ticarət mərkəzindən oğurluq edildi
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
Taksi sürücüsünü soyan “müştəri” saxlanıldı
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
Bakıda və Şamaxıda evlərdən oğurluq oldu
Bərdədə qadın həmkəndlisini güllələyib
“Zakir Həsənovun süfrəsi çox zəngindir, artıq çəki almışıq” - Hulusi Akar (VİDEO)
Abşeron sakininin idarə etdiyi maşından qumbara tapıldı
Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı
Dövlət idarəsində DAVA - Bir nəfər "KamAz"ın altında qalaraq öldü
Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanıldı
Bakıda qadını döyüb pulunu əlindən aldılar
Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN
Polis əməliyyat keçirdi - Külli miqdarda narkotik götürüldü
Şamaxı sakini həmyerlisini öldürüb
Avtomobil yoluna çıxan naməlum qadının şəxsiyyəti müəyyən olunub
Abşeron rayonunda qadına qarşı quldurluq edən iki nəfər saxlanılıb - FOTO
“Milliön”dən pul oğurlayan şəxslər saxlanıldı
Samuxda fermadan 21 baş heyvan oğurlandı
Bakıda keçmiş məhkum qətlə yetirildi
Abşeronda kişini qətlə yetirib, daha sonra evini yandırıblar
Abşeron sakininin evindən marixuana götürüldü
Bakıda evdən 5 min manatlıq oğurluq edildi
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Abşeronda oğru qadın saxlanıldı
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
Oğurluq edən şəxs avtomobilində yaxalandı - VİDEO
Bakıda azyaşlı qızların sırğalarını oğurlayan şəxslər saxlanıldı
Bakıda qəza törədərək qaçan qadın sürücü saxlanıldı
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- "Toyota"nın prezidenti istefa verəcək
- Ova cəhd edənlər cəzalandırıldı
- "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO
- İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN
- Parlamentdə qaz limiti ilə bağlı dinləmə keçirilsin - TƏKLİF
- Naxçıvanla bağlı daha bir yenilik - Martın 1-dək...
- “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər” - NARAZILIQ VAR!
- “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı
- Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?
- Daha bir serial final edir
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...