Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
3-09-2020, 23:17
340

Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib

Sentyabrın 3-də Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.
Qonaqları salamlayan nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin də müzakirə olunduğu görüşdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.
Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.
Tərəflər bu günlərdə “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsinin əhəmiyyətindən danışıblar.
R.Tsalikov da ölkəmizin “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Zakir Həsənov Çinə gedəcək
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - Video
Hulusi Akar Liviyaya səfər edib
Kərəm Mustafayev general-polkovnik oldu — SƏRƏNCAM
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
Rusiyanın 49 bölgəsində karantin məhdudiyyətləri aradan qaldırılır
Azərbaycanda ordudan tərxis başladı
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
"Tankçılarımız artıq öz məharətlərini göstərib" - Zakir Həsənov
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Xəzərin statusunun həlli Rusiya üçün vacibdir
Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi
"Azərbaycana qarşı yönəlməyib" - Serqey Şoyqudan silah AÇIQLAMASI
Sergey Şoyqu Azərbaycana gəldi
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Zakir Həsənov Moskvada səfərdədir
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək