Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı son vaxtlar Rusiya-ABŞ arasında təmasları, Ukrayna ətrafında gedən prosesləri də müzakirə ediblər.
Maraqlıdır, Azərbaycan Rusiya-Ukrayna, eləcə də Rusiya-ABŞ arasında yaranmış gərginliyin aradan qaldırılması üçün vasitəçilik edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Bakı-Kiyev münasibətləri strateji xarakter kəsb edir:
“Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında regional təhlükəsizlik məsələləri, Rusiya-ABŞ, Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Bu fikir mübadiləsi özlüyündə bir daha onu göstərir ki, Azərbaycan bu gün dünya siyasətində çox fəal bir aktordur. İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan böyük dövlət olmasa belə, sözünün mənası və çəkisi böyükdür. Ona görə də Rusiya Prezidenti Vladimir Putin beynəlxalq münasibətlər kontekstində sözünün məna və çəkisi böyük olan Azərbaycanın mövqeyini bilmək istəyir. Azərbaycanın bu proseslərdə davranışı və proseslərin müsbət istiqamətə cərəyan etməsinə dəstəyi ilə bağlı məsələləri öyrənmək istəyir. Azərbaycan prezidentinin yeritdiyi müstəqil siyasət kursu nəticəsində Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə çevrilib. Eyni zamanda, həmin siyasətin nəticəsində Azərbaycan-Rusiya münasibətləri də mehriban qonşuluq və strateji tərəfdaşlıq səviyyəsindədir. Həmçinin, Azərbaycan Prezidentinin Ukraynaya son səfəri bir daha nümayiş etdirdi ki, Bakı-Kiyev münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür”.
Deputat bildirib ki, Azərbaycanın vasitəçiliklə bağlı təcrübəsi və potensialı var:
“Deməli unikal bir vəziyyət əmələ gəlib. Azərbaycanın həm ABŞ, həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinin olması və belə bir vəziyyətdə Azərbaycanın yaranmış gərginlik ocaqlarının söndürülməsində vasitəçi qismində çıxış etməsi imkanlarını qabardır. Yeri gəlmişkən, Azərbaycanın bu sahədə yaxşı təcrübəsi də var. Türkiyə-Rusiya münasibətlərinin ən gərgin çağında Ankara-Moskva münasibətlərinin tənzimlənməsində Azərbaycanın müstəsna xidmətləri olub. Bunu rəsmi Ankara və rəsmi Moskva dəfələrlə təsdiq edib. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan bu reallıqlar kontekstində Moskva-Vaşinqton və Moskva-Kiyev münasibətləri ilə bağlı yaranmış gərginlik elementlərinin müsbət məcraya düşməsinə dəstək verə bilər. Bunun üçün potensial da, təcrübə də var. Azərbaycan beynəlxalq və regional təhlükəsizliyə böyük töhfələr vermiş dövlətdir. Hesab edirəm ki, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə telefon danışığında məhz bu potensialı nəzərə alınıb və haqqında qeyd edilən məsələlər dilə gətirilib. Azərbaycanın bu məsələyə töhfəsi ilə bağlı imkanlar müzakirə edilib”.
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA
19
yanvar
18:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı oldu
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Putin və Bayden Qarabağı müzakirə edəcək
İlham Əliyev Putinə zəng edib
Ərdoğan: "Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik"
İlham Əliyev Putinə zəng etdi
İlham Əliyev Putinə zəng etdi
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Zelenski Əliyevə zəng etdi
Prezident Rusiya Baş nazirinin müavinini qəbul etdi
Putin İsrailin Baş naziri ilə telefonla danışdı
Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib
Paşinyan Putinə zəng etdi
"Baydenin Rusiyanı sanksiyalarla hədələməsi işə yaramır" - Zelenski
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
İlham Əliyev Putinlə telefonla danışdı
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
Putin Paşinyana təpindi: Bütün müddəalara əməl olunmalıdır!
Putinlə Ərdoğan arasında telefon danışığı oldu
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı bəyanatla çıxış ediblər - CANLI
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Paşinyan Putinə zəng etdi
İlham Əliyev Putinə başsağlığı verdi
Polad Bülbüloğlunun Qarabağ açıqlamasına hökumətdən SƏRT REAKSİYA
Makron rusiyalı həmkarı ilə danışıqları davam etdirir
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib
Ekspertlərdən İlham Əliyevin Ukrayna səfərinə dair şərhlər
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Şəmkir necə AĞLAR GÜNƏ QALDI... - İLGİNC FAKTLAR
- "Yeni Müsavat"ın baş redaktoru istefa verdi
- Sabiq baş nazirlə səfir arasında qalmaqal: "Onu ciddi adam kimi tanıyırdım" (YENİLƏNİB)
- İrlandiyanın baş naziri Kiyevə gəldi
- Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
- Sabah 36 dərəcə isti olacaq
- Rusiya yenidən İlan adasına zərbə endirməyə cəhd edib
- Rusiyanın ən böyük qurğuşun istehsalı zavodu fəaliyyətini dayandırdı
- Milli Məclisin iclasının gündəliyi dəyişdi
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?