Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovla görüşüb.
Bu barədə səfirliyin tviter hesabında yazılıb.
“Azərbaycanda şəhid və qazi ailələrinə dəstək vermək üçün yaradılan YAŞAT Fondu rəhbəri Elvin Hüseynovdan fəaliyyətləri haqqında məlumat aldıq. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, - deyə paylaşımda bildirilib.