Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
3-09-2020, 17:24
83

Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR

Azərbaydan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.
Gündəlik Bakının məlumatına görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İdarənin tabeliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılır.

Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar.
Həftə sonu hər bir bağçada tam dezinfeksiya işləri aparılacaqdır.
Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.

Oxşar xəbərlər

Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Bakıda birgə reydlər keçirilir
Norveçdə uşaq bağçaları fəaliyyətini bərpa etdi
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Uşaq hüquqları aylığına start verilir
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Bugün Operativ Qərargahın brifinq keçiriləcək
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Bakı metrosu bu gündən BAĞLANIR
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov