Kamran Həsənlidən telekanallara SƏRT İTTİHAM - “Baxanlar xəcalət çəkirlər“
3-09-2020, 19:27
249

Kamran Həsənlidən telekanallara SƏRT İTTİHAM - “Baxanlar xəcalət çəkirlər“

Tanınmış musiqişünas və aparıcı Kamran Həsənlinin Yenisabah.az-a müsahibəsi:
- Kamran bəy, tamaşaçılar sizi daha çox şou xarakterli verilişlərdən tanıyır. Son vaxtlarsa sosial məsələlərə aktiv münasibət bildirirsiniz. Bu dəyişikliyi necə izah edirsiniz?
- Tamaşaçılar məni daha çox televiziyadan tanıyır, son çıxışlarımı isə internet üzərindən edirəm. Düzü, mən verilişin içərisində də həmişə sosial problemlərə toxunurdum, sadəcə olaraq görünür, dediklərim böyük qazanın içərisində itib batırmış. Düzdür, tamaşaçıların haradasa 20 faizi bunu başa düşürdü, amma televiziya aparıcılığının öz qaydası var. Son verilişlərə baxsanız, orada da bildirdiyimi görəcəksiniz. Mənim üçün  də təəccüblü oldu ki, tamaşaçılar internet üzərindən daha tez qəbul etdilər. Sən demə, internetin tam başqa formatı varmış. Verilişin hansısa məqamında dediyim fikri burada iki-üç dəqiqəlik videolarla insanlara çatdırıram. 
- Sizcə, ziyalılarımız, jurnalistlərimiz fəal vətəndaş mövqeyi nümayiş etdirirlərmi? Bu təbəqənin ictimai-siyasi proseslərə, sosial problemlərə münasibəti sizi qane edirmi? 
- Təbii ki, yox. Nəinki jurnalistlərimiz, ziyalılarımız, digərləri də. Jurnalistlərimizin çoxunun öz fəaliyyəti var, mən onların peşəkar fəaliyyətinə qiymət vermək istəmirəm, amma hər şey göz önündədir. Ziyalılarımız isə heç nəyə fikir bildirmirlər. Haradadırlar, nə işlə məşğuldurlar, ümumiyyətlə onlar varmı? Bu, sual altındadır. 
- Son vaxtlar ölkədə “YouTube” kanallarının sayı sürətlə artmaqdadır. Sizcə, bunu ənənəvi televiziyanın iflası kimi qiymətləndirmək olar?
- Ənənəvi televiziyanın iflası məhz Azərbaycandakı kanalların halıdır. Dünyada televiziyanın gücü azalmayıb, düzdür, internet öz sözünü deyir, amma bunu televiziyanın iflası adlandırmaq olmaz. Çünki dünyada televizya internetlə rəqabətdədir və xarici ölkələrdə “televiziyaçı beyinlər” işləyir. Bizdə isə televiziya kanallarında peşəkarların torbası tikib atılır. Ona görə də televiziyamız böyük iflasdadır. Heç telekanallarımıza baxan da yoxdur, baxanlar da ancaq xəcalət hissi keçirir. 98 faiz vətəndaşlarımız böyük fəxrlə “Biz Azərbaycan televiziyasına baxmırıq” deyirlər. Bu əslində milli faciədir. 
- Siz televiziyada həmişə reytinqli verilişlərin aparıcısı olmusunuz. Bəs “YouTube”dakı çıxışlarınızın izlənmə sayından məmnunsunuzmu? 
- Açığı deyim ki, səs-küylü, sevilən olmasaydı yəqin ki, siz məndən müsahibə götürməzdiniz. Bütün şəhər bu saat mənim çıxışlarımdan danışır. Bu bir daha sübut edir ki, onlar reytinqin nə demək olduğunu hələ bilmirlər. Bu göstərir ki, 2-3 dəqiqəlik çıxışlar, işıqsız, dekorasiyasız, redaktorlarsız, oturub telefon qarşısında danışmaq böyük reytinq verə bilər. Mənim videolarımı başqa saytlar, kanallar götürüb paylaşdıqda daha çox baxış sayı olur, çünki öz kanalım hələ təzədir, cəmi üç həftədir açılıb. Amma öz kanalımda da baxış sayı qane edir. 
- “YouTube” fəaliyyətinizi bundan sonra da davam etdirməyi düşünürsünüzmü?
- Bəli, düşünürəm. Kanalıma 2-3 dəqiqəlik videoları yerləşdirirəm. Videolarımın müddəti üç dəqiqəni keçmir çünki bu başqa janrdır. Kanalda bu söhbətlərdən əlavə tarixi söhbətlər etdiyim “Kamranla tarixi baxış” adlı videolar var, onlar da üç dəqiqəni keçmir. Azərbaycan tarixinin bəzi məqamları var ki, onları mütləq millətə çatdırmaq lazımdır. Çünki millətimiz öz tarixi barədə çox bədbin düşüncədədir. Əslində  isə bizim çox qəhrəman tariximiz var. Abunəçilər də artır, gündən-günə izləyənlərin sayı artır. Abunəçilər artıqca mən də fəaliyyətimi davam etdirəcəyəm”. 
Əsmətxanım

Oxşar xəbərlər

“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Kamran Həsənli Zahid Oruca: “Sən kimsən ki, Türkiyə ordusuna qarşı çıxırsan?” - Video
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
Rövşanə işdən çıxarılması səbəblərindən danışdı
"Elçibəyə dedim ki, bu adamlarla hakimiyyətə gəlmək olmaz" - Kamran Həsənli
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"
Təhsil Nazirliyindən vətəndaşlara MÜRACİƏT
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
“Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavata qarşı fəaliyyət göstərməklə məşğuldur”
Müxalifət yeni mitinq formatından imtina edir
Kamran Əliyev Baş prokuror seçildi
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Sabiq prokuror Ceyhun Şirinov ittihamdan öncə falabaxanlarla məsləhətləşir-Falabaxan söz verib ki, Zülfəli Bakının, Ceyhun isə Gəncənin meri olacaq
"Söyüş söyənlərin başında Əli Kərimli dayanır"
Kamran Əliyev onu yeni hərbi prokuror TƏYİN ETDİ
İnternetin qiymətində güzəşt olacaq? - VİDEO
Bu kəndlərdə nəinki internet, telefon xətti də yoxdur - VİDEO
“Prezident belə biabırçılığa dözən adam deyil”
"Azərbaycanda nə qədər "reket qəzet” varsa, hamısı "Azərbaycan" Nəşriyyatına yığışıb..."
Pir bizimdirsə, kəramətlərinə də bələd olmalı deyildikmi? - Cəmaləddin Quliyev
“Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” – Xalq artisti
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
İttiham hədəfi olan Ali Attestasiya Komissiyasının sədri DANIŞDI - "BƏLİ, "PORT BAKU"DA MƏNZİLİM VAR"
Kamran Əliyev əmr imzaladı
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”