Xərçəng xəstələrindən milyonlar qazanan tərəvəzçi-üzümçü…
“Bəd xassəli şiş” ləqəbli “universal”-tərəvəzçi-inşaatçı Kəmaləddin Qafarov
Bir ilə yaxındır boş olan səhiyyə naziri vəzifəsinə dünən cənab Prezident Teymur Musayevi təyin etdi. Və...
Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq arzusu ürəyində qaldı.
Bəli, 1 ilə yaxın idi ki, müxtəlif şəxslər Oqtay Şirəliyevdən sonra səhiyyə naziri kürsüsünə göz dikmişdi. Onlardan biri də deputat Kəmaləddin Qafarov idi.
Əlbəttə, kiminsə nazir olmaq istəyi qəbahət və suç deyil.
Bir məsələ var deyir ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil.
Amma, lətifəsi bəzilərindən uzaq olsun, məscidin qapısı açıqdır, amma...
Bəli, Kəmaləddin Qafarov kimilər necə nazir olmaq arzusuna düşə bilər axı..?
Bu adam Bakıda doğulub, məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub.
Adamdan soruşarlar ki, Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ?
Sizi inandırıram ki, bu adam bəlkə də universitetin qapısını tanımayıb.
Yaxşı, indi görək, bu adam Naxçıvanda hansı fakültəni bitirib, ixtisası nədir ?
Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.
Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar.
Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib...
Bəs heç bir tibb təhsili olmayan bu adam necə səhiyyə naziri olmaq eşqinə düşə bilər ?
Bu adam heç mal doxturu- baytar-veterinar da deyil, axı..
Ona görə yazının girişində yazdıq ki, Kəmaləddinin arzusu ürəyində qaldı.
Təsəvvür edirsiniz, bu adam səhiyyə naziri olsaydı, nələr baş verərdi.
Onsuz da səhiyyəmiz bərbad gündədir.
Doğrudan da, Kəmaləddini səhiyyə naziri postunda təsəvvür edəndə adam dəhşətə gəlir.
Bu adam heç bir tibb təhsili olmaya-olmaya Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.
Təsəvvür edirsiniz, dünyada böyük problem olan onkoloji xəstəliklərlə bağlı Mərkəzə Kəmaləddin Qafarov rəhbərlik edir. Vallah, bu dünyanın sonu deməkdir. İnanmırsınız ?
Bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirmir ?
Kəmaləddin Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır.
Bu adam deputat ola-ola “AzəriMed” şirkətinin sahibidir.
Bu adamın direktor müavini olduğu Onkoloji mərkəzdə xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alır.
İndi gördünüzmü, belə birsinin səhiyyə naziri olması nə demək idi ?
Hələ bu harasıdır ?
Bu adam dərman sata-sata gəlib deputat olub.
Bəli, bu adam dərman alverçisidir, dərman satmaqla məşğuldur, “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır.
Bəli, “universal” Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.
İndi isə Kəmaləddin Qafarovun şirkətlərinin az bir siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Loru dildə desək, Kəmaləddin Qafarov özü özü ilə müqavilə bağlayır...
Təsəvvür edirsiniz, Kəmaləddin Qafarov Onkologiya Mərkəzinin direktor müavini olaraq dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır.
Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur.
Deputat bu yaxınlarda yarım milyonluq tender uddu. Bəli, Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
Nəsə əlavə etməyə ehtiyac varmı, cənablar ?
Bəs, bu ölkənin qanunları, müvafiq dövlət qurumları hara baxır ?
Deputat necə bizneslə məşğul ola bilər ?
Buyurun cavab gözləyirik.
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq arzusu ürəyində qaldı… - Kəmaləddin Qafarov səhiyyə naziri olsaydı….
21
yanvar
10:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Başın sağ olsun, BAŞSIZ səhiyyəmiz- Səhiyyə naziri olmayaq istəyən Kəmaləddin Qafarov kimdir ?
Meyvə-tərəvəzçi, üzümçü və...onkoloq deputat Kəmaləddin Qafarov-ONKOLOGİYANIN BƏDXASSƏLİ “ŞİŞİ”
Kəmaləddin Qafarovla bağlı İDDİA - Nazir olmaq istəyir...
Kəmaləddin Qafarovun deputat mandatının alınması və həbsi qaçılmazdır- DEPUTATIN FƏALİYYƏTİ ARAŞDIRILIR...
Deputat yarım milyonluq tender uddu - Kəmaləddin Qafarovun "Azeri Med"i büdcə vəsaitlərini necə "əridir"?
İki baş həkim getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin Qafarov
Hippokrat andı sənə qənim olsun, Kəmaləddin Qafarov...- İki baş həkim həbs olundu, Kəmaləddin Qafarov niyə həbs olunmur ?
Milli Məclisin “bəd xassəli” deputatı Kəmaləddin Qafarov...- O milyonları xəstə insanların cibinə girməklə qazanır...
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
Kəmaləddin Heydərov özünə köməkçi TƏYİN ETDİ
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti seçildi
Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb. Pravda.az-ın xəbərinə görə, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və
HƏP-əndin sədri Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə: - Deputat niyə susur?
Teymur Musayev səhiyyə naziri TƏYİN EDİLDİ
İlham Əliyevdən Kəmaləddin Heydərovla bağlı SƏRƏNCAM
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi
“Suqovuşan su anbarı mühafizəyə götürülüb” – Kəmaləddin Heydərov
Otuz yaşı olacaq müstəqil Azərbaycanın 17 illik səhiyyə naziri Oqtay Şirəliyev getdi- GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Ermənistanın səhiyyə naziri istefa verdi
BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - VİDEO
Səhiyyə naziri olmaq uğrunda SAVAŞ- Zaur Əliyev,Rəşad Mahmudov və Ramin Bayramlının MÜBARİZƏSİ…
Oqtay Şirəliyevə yeni vəzifə VERİLDİ
Deputat 6 milyonluq tender UDDU
Nazir agentliyin rəisini işdən çıxardı – Yeni rəis təyin etdi
Kəmaləddin Heydərovun oğlanları könüllü olaraq orduya yazıldılar - FOTO
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
- "Ukrayna Donbası azad edə bilməyəcək" - keçmiş NATO generalı
- Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri MƏLUM OLDU
- "Rus oliqarxları Ukraynaya dəstək olmalıdırlar" - Kanada
- Bu ölkədə fahişəlik rəsmi peşəyə çevrildi
- Pensiya alan bu şəxslərin NƏZƏRİNƏ
- Sanksiyalar Rusiyanın neft-qaz gəlirlərini azaltmayıb
- İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
- Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı: “Deyirlər ki, guya...”
- Axtarışda olan 64 nəfər saxlanıldı
- Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
- Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
- Oğuzda 82 yaşlı qadın yanaraq öldü
- "3 aylıq müharibədə Rusiya Sovet İttifaqı qədər çox əsgər itirdi"
- Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Türkiyədə ağır qəza - ölən və yaralananlar var
- Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
- Polşa Prezidenti Ukraynaya səfər edib
- Bəhram Bağırzadə qalmaqallı videosuna görə kimsəsiz şəxsdən üzr istədi – VİDEO
- Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
- Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
- Rusiya Donetskə hücum etdi: Ölənlər var
- Rusiyanın ABŞ-ı dəhşətə gətirən HƏRBİ ÖLÜM BAZASI: Bu kabus şəhər Amerikadan cəmi 200 kilometr aralıdadır
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar