BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
3-09-2020, 21:39
288

BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin rezonanslı açıqlamasından sonra Azərbaycanda taksi və ictimai nəqliyyat vasitələrində qiymətlərin yaxın vaxtlarda bahalaşacağı barədə şayiələr yayıldı.
“Bu gün taksi xidmətinin qiyməti demək olar ki, avtobusun qiymətinə bərabərdir. Halbuki belə olmamalıdır. Taksi xidmətindən istifadə müəyyən imkanlarla bağlı olmalıdır.  Taksini gündəlik istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə çevirmək doğru deyil. Bunun üçün müntəzəm sərnişin avtobusları var”, deyə H. Babayev bildirib.
Dövlət rəsmisinin ölkədə faktiki olaraq sosial bərabərsizliyin gücləndirilməsinə yönələn bu çıxışı cəmiyyətdə hiddətlə qarşılanmaqda davam edir.
“Bildiyiniz kimi, dövlət başçısı ölkədə xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatan olmasının tərəfdarıdır. Bu səbəbdən də Bakı Nəqliyyat Agentliyi təmsilçisinin məsuliyyətsiz bəyanatına görə əhalinin qəzəbi başadüşüləndir və biz onu dəstəkləyirik”.
Bu sözləri Media.Az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, H. Babayev taksi qiymətlərinin aşağı olmasını bazar iqtisadiyyatı şəraitində ölkədə rəqabət mühitinin mövcudluğundan xəbər verdiyini başa düşmür.
“Bu o deməkdir ki, sözügedən sahə inhisara alınmayıb, yəni taksi xidmətinin qiyməti vahid ola bilməz. Bu gün taksi xidmətinin demək olar ki, əhalinin bütün təbəqələri üçün əlçatan olmasına sevinmək əvəzinə, H. Babayev belə qəbuledilməz bir açıqlama verir. Bu açıqlama elə bir vaxtı verilir ki, koronavirus pandemiyası şəraitində həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır, Bakı Metropoliteni isə hələ də bağlıdır”, deyə A. Mirzəzadə vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, deyəsən Hikmət Babayevin öz səhvini anlamayıb. O, üzr istəmək əvəzinə sadəcə sosial media profilini bağlamaqla kifayətlənib.
“Diqqətəlayiq haldır ki, Bakı Nəqliyyat Agentliyi də öz əməkdaşının şübhəli ifadələrini pisləyən açıqlama ilə çıxış etməyib. Xalqın əhval-ruhiyyəsi həmişə nəzərə alınmalıdır. Ümid edirəm ki, əgər BNA-nın ölkədəki taksi xidmətlərinin qiymətlərinin yüksəlməsinə dair arzusu var idisə, indi onlar öz təkliflərinə yenidən nəzər salacaqlar. Milli Məclisin ilk iclasında mən də daxil olmaqla bir çox deputat bu yanaşmaya qarşı çıxacaq. Bakı Nəqliyyat Agentliyi və Hikmət Babayev xalqdan üzr istəməlidirlər, insanlara belə münasibət bəsləmək olmaz. Xalqı varlı və yoxsula bölmək olmaz ”deyə A. Mirzəzadə söyləyib.
Millət vəkilinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi bu gün ilk növbədə günün sıx vaxtlarda avtobus çatışmazlığı problemi ilə məşğul olmalıdır:
“Əgər kifayət qədər nəqliyyat vasitəsi yoxdursa, günün müəyyən saatlarında özəl kommersiya şirkətlərinin avtobuslarını, misal üçün, xarici qonaqlara xidmət göstərən avtobusları bu işə cəlb etmək olar. BNA avtobuslarla əlaqədar problemləri həll etmədən anlaşılmaz bəyanatlarla çıxış edir. Agentlik məsələnin texniki tərəfinə və sürücülərin peşəkarlığına nəzarət etmək hüququnu özündə saxlamalıdır. Bəzən sifarişə gələn taksi avtomobilinin hansı acınacaqlı durumda olduğunun şahidi olursan. Bir daha qeyd etmək istərdim – belə çətin zamanda insanları qıcıqlandırmaq olmaz!”, - A. Mirzəzadə fikrini tamamladı. 

Oxşar xəbərlər

Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
BNA, nə istəyirsiz: Yeni işsizlər ordusu və qiymə
Hikmət Babayev işdən qovuldu
Taksi qiymətlərindən razısınız? - VİDEO
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
BNA-nın taksi oyununun uğursuz mərhələsi - VİDEO
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…
TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Sərnişinlərə ŞAD XƏBƏR: yollarda gözləməkdən canınız qurtarır - AÇIQLAMA
Şagirdlər ənənəvi ictimai nəqliyyatdan istifadə etməməlidirlər - Təhsil eksperti
Taksilərin “bir əldə cəmləşdirilməsi”nə cəmiyyətin reaksiyası: Kimsə pul qazanmasın!
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
Rusiyada sərnişinlə dolu avtobus yandı: Yaralananlar var - VİDEO
Bakı Nəqliyyat Agentliyi sürücüləri təhqir etdi