Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və diplomatik nümayəndəliyin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

"Səfirliyimizin heyəti ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etdik, qərənfil düzdük. Onları unutmayacağıq. Şəhidlərimizə rəhmət diləyirik”, - səfir tviterdə yazıb.