Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən avtomobil yollarının qardan təmizlənməsi istiqamətində işlər davam edir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yağıntının davam etdiyi müddətdə yolların qardan təmizlənməsi işləri də davam etdiriləcək.