Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ
3-09-2020, 19:52
145

Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ

Maliyyə Nazirliyi 2021-ci il üçün manatın məzənnəzinin dəyişməyəcəyini, dollar qarşı 1.70 manat olacağını proqnozlaşdırıb. Azərbaycanda hökumət və Mərkəzi Bank məzənnəni siyasi stabillik faktoruna çevirib. Yəni, məzənnə iqtisadi faktor olmaqdan çıxıb. Əslində indiki məzənnə rejimi Dövlət Neft Fondunun üzərinə əlavə yük olmaqla bərabər, həm də xarici ticarətdə əlimizi zəiflədən bir sistemdir. Çünki qonşu ölkələr, əsasən də Türkiyə və Rusiya qeyri- neft sektorunda bizim əsas ticarət tərəfdaşımızdır.

Bu ölkələrdə milli valyutalar- rubl və lirə dəyərdən düşüb. İlin əvvəlindən lirə 26 faiz, rubl isə 20 faizə yaxın dəyərdən ucuzlaşıb. Həmin ölkələrdən idxal stimullaşdırılır. Yəni, ölkəyə mal gətirilməsi daha sərfəli olub. Ona görə də yerli istehsal bundan ziyan görür. Manatın məzənnəsinin sabit saxlanılması həmişə uğur kimi təqdim olunur. Lakin bu uğurdurmu? Bax, əsl sual budur.

Manatın məzənnəsi sabit saxlanarkən yerli istehsal sahələrinə onun vurduğu zərər heç vaxt hesablanmır. Bu çox ciddi məsələdir. Təbii ki, resurslar var və Neft Fondunun resursları hesabına manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma bu bizə sərf edirmi? Doğrudur, devalvasiya prosesində biri- biri ilə bağlı məsələlər var. Yəni, devalvasiya zamanı inflyasiya arta bilər. Ölkə idxaldan asılıdır və idxal mallarının qiyməti qalxa bilər. Lakin bunlar biri-birini bəsləyən məsələlərdir. Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib. Məzənnəni sabit saxladıqca yerli istehsal azalacaq və stimullaşmayacaq. Stimullaşmadıqca da, məzənnə qalxdıqca da yerli bazarda qiymətlər qalxacaq, inflyasiya olacaq.

Günün birində Azərbaycan devalvasiyaya getmək seçimini etmək məcburiyyətində qalacaq. Ola bilər ki, indiki vəziyyət, yəni pandemiya, karantin şəraitdə manatın məzənnəsini inzibati qaydada saxlamaq labüddür. 2020-ci ilin sonunadək bu siyasəti davam etdirmək olar.

Amma gələn ilin büdcəsini formalaşdıranda artıq Azərbaycan hökuməti və Mərkəzi Bank seçim etmək qarşısında qalmalıdır. Ya biz doğrudan da liberal bazar iqtisadiyyatına keçəcəyik, manatın məzənnəsini iqtisadi kateqoriya kimi görəcəyik, bunu sabitlik simvolu, fəxr mənbəyi kimi təqdim etməyəcəyik, bu yerli istehsalın stimullaşdırılmasına kömək olacaq, ya da bu gediş yerli istehsalı sıradan çıxaracaq.

Biz heç bilmirik ki, hazırda manatın dollar qarşı məzənnəsi neçədir. Mərkəzi Bankı bunu 1.70 civarında inzibati qaydada tənzimləyir. 3 ildir də belədir. Belə bir şey mümkündürmü? Mümkün deyil. Bazar iqtisadiyyatında bu məzənnə ya bir az azalmalı, ya da artmalıdır. Belə sabit saxlanılması manatın məzənnəsinin iqtisadi kateqoriyadan çıxdığını göstərir ki, bu heç də liberal bazar dəyərləri ilə uyğunlaşmır.

Məntiq onu deməyə əsas verir ki, bu ilin sonunadək inzibati rejimdə manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma gələn ilin büdcəsinin formalaşdırılması üçün dekabr ayında müzakirələr başladılacaq. Gələn ilin büdcəsinin yeni məzənnə ilə hesablanması daha məntiqli olar ki, bu həm ixracatı, həm turizmi, həm də yerli istehsalı stimullaşdırsın. Yəqin ki, gələn il dünyada qapalı mərkəzlər açılacaq. Çünki belə davam edə bilməz. Bu proseslərin, yəni yerli istehsalın və turizmin stimullaşdırılmasına manatın indiki məzənnəsi ciddi maneə yaradır.

Dekabr ayınadək belə məzənnə rejiminin davam etdirilməsi mümkündür. Manatın məzənnəsini daha bir il də inzibati yolla sabit saxlamaq olar. Yəni hər il 3- 4 milyard dollar əlavə pul xərcləyib məzənnəni sabit saxlamaq olar. Lakin düşünmək lazımdır ki, bu Azərbaycanın iqtisadi modelinə ziyandır, yoxsa xeyir? Bu suallar hökumət tərəfindən ciddi düşünülməlidir.

Daha bir vacib məsələ odur ki, yuxarıda qeyd etdiyim kimi, sabit məzənnə rejimi, baha manat (qonşu ölkələrdə məzənnə ucuzlaşır, onlara nisbətən baha manat) idxalı stimullaşdırır, deməli, əksinə, ölkədən daha çox dollar çıxamasına şərait yaradır. Yəni, baha manat daha çox dollara təlabat yaradır, qonşu ölkələrlə paralel proseslər olmayanda biz yenə əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin istehsalçılarının sponsoruna çevrilirik – qazanan onlar olur. Bilirəm ki, ağır seçimdir, amma manatın məzənnəsini fetişləşdirmək ən səhv və ziyanlı yoldur.
Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert 

Oxşar xəbərlər

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Dollar yeni həftəyə belə başlayacaq
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Manatın məzənnəsi
190 manatlıq yardım prosesi niyə uzanır?
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Telman İsmayılovun "Rolls-Royce"u hərracda 3 dəfə uzuzlaşdırıldı
Manatın məzənnəsi
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
"AccessBank" bağlanır?
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
ABŞ Rusiyaya sanksiya tətbiq edir, Rusiya isə hələ də dollar alır – Dollar niyə bu qədər cazibədardır?
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Banklar faizləri endirirlər
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI