Məşhur xanəndənin Tural Salmanovun atası COVID-dən dünyasını dəyişib.

Xanəndə Tural Salmanova ağır itki üz verib.

Bu barədə məlumatı xanəndə "Günün sədası” verilişində qonaq olduğu zaman bildirib. Onun atası 72 yaşında dünyasını dəyişib:

"Anam və atam koronavirus xəstəliyinə yoluxmuşdu. Anamın səhhəti atamınkından daha ağır idi. Amma anam sağaldı, atam dünyasını dəyişdi. Xəstəliyi yox idi. Sağlam adam idi. 1950-ci il təvəllüdlü idi. Bir müddət evdə müalicə aldılar. Bu zaman məni yaxına qoymurdular. Onların yanına getmədən mən də koronovirusa yoluxdum. Anamı və atamı xəstəxanaya yerləşdirdik. Amma onu itirdik. Xəstəliyinin son günlərində yanına getdim, gördüm ki, rəngi dəyişilib. Səhəri gün yenidən yanına getdim, gördüm ki, dünyasını dəyişib. Mənə çox bağlı idi. Hər gün internetdə mənim mahnılarıma qulaq asırdı.” – deyə xanəndə bildirib.

Eyni zamanda aparıcı Nanə Ağamalıyeva həkim səhlənkərlığından da söz açıb:

"Həkimlər məsuliyyətsizlik edirlər. Tanış adam var, koronavirusa yoluxmadığı halda ona səhv iynə vurublar və onun ağciyərləri partlayıb. Həmin adam panikadan dünyasını dəyişdi. Halbuki heç virusa yoluxmamışdı”.