Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri - Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.
Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.
Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin prokurorları Anar Nəsibov və Zəfər Ramazanov müdafiə edib. İttiham tərəfi Eldar Həsənova 11 il həbs cəzası tələb edib.
Rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Eldar Həsənova HÖKM OXUNDU
21
yanvar
15:41

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı
Eldar Həsənov son söz üçün məhkəmədən vaxt İSTƏDİ
Eldar Həsənov məhkəmədə ifadə verir - FOTO
Prokuror Eldar Həsənova 11 il həbs cəzası istədi
Eldar Həsənovun məhkəmə istintaqı yekunlaşdı
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu
Eldar Həsənov ifadə verdi
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu - YENİLƏNİB
Hakim məhkəmədə ağlayan Ata Abdullayevə HÖKM OXUDU
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Rövşən Əkbərova HÖKM OXUNDU (YENİLƏNİB)
Rasim Quliyevə 3 illik həbs cəzası VERİLDİ
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Eldar Həsənov özünə yeni vəkil tutdu
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Eldar Həsənovun vəziyyəti pisləşdi: DTX-nin Hospitalına köçürüldü
Məhkəmə Eldar Həsənovun vəsatətini təmin etmədi
Eldar Həsənov əməliyyat olundu
Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO
Rövşən Ələkbərovun general rütbəsi ƏLİNDƏN ALINMADI
Ağstafanın sabiq icra başçısı və müavininə HÖKM OXUNDU
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Eldar Həsənovun məhkəməsi başlayır
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Eldar Həsənovun məhkəməsində səfirliyin əməkdaşları dindirilib
Eldar Həsənovdan SENSASİON AÇIQLAMA
Eldar Həsənovun cinayət işi icraata verildi
Casusluqda ittiham olunan ermənilər HƏBS EDİLDİ
Eldar Həsənov on milyonlarla manatı mənimsəməkdə ittiham olunur
Erməni silahlı birləşmənin 13 üzvünə hökm oxundu
- "Ukrayna Donbası azad edə bilməyəcək" - keçmiş NATO generalı
- Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri MƏLUM OLDU
- "Rus oliqarxları Ukraynaya dəstək olmalıdırlar" - Kanada
- Bu ölkədə fahişəlik rəsmi peşəyə çevrildi
- Pensiya alan bu şəxslərin NƏZƏRİNƏ
- Sanksiyalar Rusiyanın neft-qaz gəlirlərini azaltmayıb
- İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
- Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı: “Deyirlər ki, guya...”
- Axtarışda olan 64 nəfər saxlanıldı
- Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
- Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
- Oğuzda 82 yaşlı qadın yanaraq öldü
- "3 aylıq müharibədə Rusiya Sovet İttifaqı qədər çox əsgər itirdi"
- Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Türkiyədə ağır qəza - ölən və yaralananlar var
- Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
- Polşa Prezidenti Ukraynaya səfər edib
- Bəhram Bağırzadə qalmaqallı videosuna görə kimsəsiz şəxsdən üzr istədi – VİDEO
- Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
- Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
- Rusiya Donetskə hücum etdi: Ölənlər var
- Rusiyanın ABŞ-ı dəhşətə gətirən HƏRBİ ÖLÜM BAZASI: Bu kabus şəhər Amerikadan cəmi 200 kilometr aralıdadır
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar