I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
3-09-2020, 18:14
509

I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY

Şəmkir rayon sakini, ikinci qrup gözdən əlil Elxan Piriyev iyun ayından etibarən sosial müavinət ala bilmir. O iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şəmkir şöbəsi ona təyin olunan müavinəti dayandırmaqla yanaşı, həm də 2018-ci ildən bəri aldığı ödənişin hamısının geri qaytarılmasını istəyir.

Bu şikayətlə “Qafqazinfo”ya E. Piriyev adlı vətəndaş müraciət edib. Şikayətçi deyir ki, ona təyin olunan müavinət heç bir əsas olmadan dayandırılıb: “Mənim bir gözüm tamamilə görmür, digər gözüm isə lap yaxını çox zəif görür. Həyat yoldaşımın köməkliyi olmadan gəzə bilmirəm, hər yerə məni qolumdan tutaraq aparır. Əslində mənə birinci qrup verilməli idi, ikincinin verilməsi özü düzgün deyildi. Belə bir adamın pensiyasını nə adla kəsmək olar?”

E. Piriyevin sözlərinə görə, həyat yoldaşı da işləmir, ailə ona verilən 130 manat müavinətlə dolanır. İndi onlardan iki il ərzində ödənən 2527.59 manat vəsaiti geri qaytarmaq tələb olunur.

“DSMF-nin Şəmkir şöbəsinə müraciət etdik, bizə dedilər ki, saxta əlillik məsələsi ilə bağlı bir çox şəxsin pensiyası kəsilib. Karantinə görə Bakıya gedə bilmirik, yollar bağlıdır. Digər tərəfdən də qəbul şöbəsi bağlıdır. Çox çətin vəziyyətdə qalmışıq, xahiş edirəm, bizə kömək edin”, - şikayətçi deyir.

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən “Qafqazinfo”ya şikayətçiyə 2016 və 2021-ci il tarixlərində II dərəcə əlillik təyin edildiyi təsdiqləndi:

“Piriyev Elxan Qələndər oğluna 19.10.2016-19.10.2021-ci il tarixlərində II dərəcə əlillik təyin edilib. Lakin 06.04.2018-ci il tarixində vətəndaş Şəmkir Rayon Mərkəzi Xəstəxanasından əlillik dərəcəsinin dəyişdirilməsi, yəni, I dərəcə əlillik təyinatı üçün müraciət edib, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən müvafiq müayinə və müalicəni təsdiq edən məlumatlar forma 88-də olmadığı üçün müraciətə imtina cavabı verilib. Vətəndaşın 19.10.2021-ci ilə qədər təyin edilmiş II dərəcə əlilliyinin bərpa edilməsi üçün xəstəliyinə dair bütün tibbi sənədləri Şəmkir rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etməsi tövsiyə edilir. Həmin sənədlər araşdırıldıqdan sonra şəxs barədə müvafiq qərar veriləcək”.

Agentlikdən həmçinin o da bildirilib ki, əlilliyin qiymətləndirilməsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron qaydada tərtib edilən forma 88 əsasında həyata keçirilir. Həmin forma 88-də diaqnozu təsdiq edən bütün məlumatlar, ixtisaslaşmış həkim rəyi stasionar və ambulator müalicələrin epikrizləri, instrumental, diaqnostik müayinələrin nəticələri əks olunur.

I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi

Oxşar xəbərlər

Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
“Bu şikəst ayağımla məni gəzdirir, problemi bir-birinin üstünə atırlar” - GİLEY
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
DSMF qadınların pensiya təyinatı barədə qaydaları AÇIQLADI
Bu şəxslərə 480 manat müavinət veriləcək
Sahil Babayevdən yeni TƏYİNAT
Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
“Günay Bank”a yeni sədr təyin edildi
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
6500-dən çox şəxs əsassız olaraq əlillik müavinəti alırmış
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı