Azərbayan Rusiyanın vaksinini alsınmı?
3-09-2020, 18:17
216

Azərbayan Rusiyanın vaksinini alsınmı?

Rusiyada hazırlanan vaksinin tətbiq ediləcəyi tarix açıqlanıb.
Ölkənin Səhiyyə naziri Mixail Muraşko bildirib ki, vaksin yüksək risk qrupundakı insanlara noyabr-dekabr ayında vurula bilər. Qeyd edək ki, bir qədər əvvəl ölkənin Baş nazirinin müavini Tatyana Qolikova bildirmişdi ki, Rusiyanın koronavirusa qarşı hazırlayaraq qeydiyyata aldığı peyvəndlə bağlı 27 ölkənin müraciəti var. Qolikova qeyd edib ki, burada peyvəndlə bağlı əməkdaşlığın müxtəlif formalarından söhbət gedir ki, onların arasında kliniki sınaqlar, peyvənd alışı, xarici ölkələrdə istehsalın dəstəklənməsi və s. məsələlər var.
Rusiya Xarici İşlər Nazirliyinə müraciət edən ölkələr arasında Azərbaycan da var. Həmçinin Belarus, Venesuela, Braziliya və Qazaxıstan da peyvəndlə bağlı Rusiyaya müraciət edib.
Xatırladaq ki, Rusiyada "Sputnik V" adlandırılan peyvəndin istehsalı 15 avqustda başlayıb. O da məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı da Rusiyada istehsal olunan vaksini qeydə almayıb və açıq şəkildə ölkəni bundan istifadədə ehtiyatlı olmağa çağırıb.
Belə olan şəraitdə, Azərbaycan həkimləri həm də dərman istehsalçısı kimi şöhrət qazanmayan Rusiyanın vaksinin Azərbaycanda istifadə edilməsi məsləhət görürlərmi?


Farmakoloq alim Aydın Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında vaxtilə özünün də dərman ixtirasının həmmüəlliflərindən biri olduğunu bildirib: “Keçmiş SSRİ zamanında icad olunan və indi də istifadə olunan antioksidant “Meksidol”-un əldə olunmasında mənim də rolum var. Amma Rusiya öz alimlərinə dövlət mükafatı verdi, bizimkilər isə alimini qiymətləndirmək istəmədi. Son hadisələrdən sonra hesab edirəm ki, nəinki mənim əməyimə, ayrı-ayrı sahələr üzrə görülən işlərə yaxşı qiymət verirlər. Demək istəyirəm ki, dərmanların alınmasından yaxşı xəbərim var. Dərman ticarəti silahdan sonra dünyada ikinci yaxşı gəlir gətirən sahədir. Təəssüf ki, bu ticarət də siyasiləşdirilib və burada ciddi korrupsiya var. Buna görə də dərmanları istənilən ölkədən almaq düzgün deyil. Ümumdünya Səhiyyə Təşkilatı dərmanın keyfiyyəti, çatışmayan cəhətləri ilə bağlı rəy verdikdən sonra Azərbaycan hökuməti onunla bağlı düzgün qərar verə bilər”.
Aydın Əliyev deyir ki, heç bir halda Rusiyadan, eləcə də ABŞ və Çindən dərman alınmasını doğru hesab etmir: “Koronavirus infeksiya yeni yayılmağa başlayanda bu üç ölkənin adı çəkilirdi ki, xəstəlikləri onlar yayıb. İndi sual verilə bilər ki, “siz nə tez dərman hazırladınız?”. Peyvənd hazırlanması üçün uzun illər lazımdır. Onlar insanlar üzərində çoxsaylı sınaqlardan keçirilməlidir. Ona görə də həmin ölkələr yaxşı olardı ki, öz ölkələrində aparılan sınaqların sayını Ümumdünya Səhiyyə Təşkilatına göndərsinlər, orda elan olsun ki, bu neçə nəfərdə müsbət effekt verib. Təşkilat rəy verdikdən sonra, Azərbaycan hökuməti öz qərarını verə bilər”.
Farmakoloq alim deyir ki, Prezident İlham Əliyevin dünya standartlarına, ÜST-nin standartlarına cavab verən vaksinin alınacağını bildirməsi müsbət haldır: “Yəqin ki, Azərbaycan hökuməti kiminsə bu dərmanı gətirib, xalqı qırğına verməsinə yol verməyəcək. Öz ölkələrində yoxlayıb, sonra satışa çıxarsınlar. Qəti surətdə Rusiyadan vaksin almaq olmaz. Xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı çıxartdıqları “oyunlar”-ın göz qabağında olduğu bir vaxtda onların satdıqları vaksinə mən də şübhə ilə yanaşıram”.

Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, təkcə dərman istehsalı ilə, digər elmi nailiyyətlərə də baxıldıqda Rusiya uğurlu ölkə hesab olunmur: “Tibb sahəsində olan kitabları oxuduqda belə bir mənzərə ilə rastlaşırıq. Avropa alimlərinin kəşfləri ilə bağlı məlumatlara bir rus alimi də “qoşurlar” ki, bu da tapıb. Cəmiyyətə təqdim etmək istəyirlər ki, guya Rusiyada elm var. Bu günlərdə televiziyada Rusiyanın aparıcı klinikalarından birinin baş həkimi çıxışında dedi ki, Avropadan dərman idxal edilmədiyinə görə, öz ustehsalları ilə müalicə aparırlar və nəticədə keyfiyyət aşağı düşüb. Bunu özləri dilləri ilə deyirlər. Eləcə də öz kanallarından birində Matveyeva soyadlı akademik dedi ki, Rusiya istehsalı olan vaksinə etibar etmək olmaz, ABŞ vaksinləri daha etibarlıdır. Rusiyadan göndərilən koronavirusun müəyyən edilməsi ilə bağlı testlər də özünü doğrultmadı. Əgər testlər özünü doğrultmursa, düz-əməlli dərman hazırlaya bilmirlərsə, onların hazırladıqları vaksin necə olacaq. Şəxsən mən Rusiya istehsalı olan vaksindən heç vaxt istidafə etmərəm”.

Oxşar xəbərlər

Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Rusiyanın 49 bölgəsində karantin məhdudiyyətləri aradan qaldırılır
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Yaponiya şirkətləri koronavirusa qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirirlər
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Rusiyada koronavirus qurbanlarının sayı artdı
Çində koronavirus əleyhinə qəribə vaksin sınaqdan keçirilir
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Qonşu ölkədə koronavirusun bitmə tarixi barədə proqnoz dəyişdi
Vəzifəli şəxsin üzərində koronavirusa qarşı peyvənd sınağı keçirildi
Azərbaycan Qazaxıstana nota verdi
Dünyada koronavirus peyvəndlənməsinin başlayacağı tarix açıqlandı
Qonşu ölkədə vətəndaşlığın alınması qaydası sadələşdirildi
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Xəzərin statusunun həlli Rusiya üçün vacibdir
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi