Baş Nazirdən yeni qərar
3-09-2020, 19:30
418

Baş Nazirdən yeni qərar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixmədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 iyul tarixli 375 nömrəli, “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarlarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 iyul tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 575; 2016, № 9, maddə 1557) ilə təsdiq edilmiş “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”nin 13-1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “13-1. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
2. “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarixmemarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarixmədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867; 2016, № 9, maddə 1558) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”;
2.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.

Oxşar xəbərlər

Əli Əsədovdan iki mühüm QƏRAR
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Prezident yeni dövlət qurumu yaratdı
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
İlham Əliyev sərəncam imzaladı
Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?