Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
3-09-2020, 21:35
340

Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də yeni təyinat olub.
FED.az xəbər verir ki, Rövşən Məmmədov korporasiyanın Maliyyə Departamentinin Direktoru təyin edilib.

Xatırladaq ki, Rövşən Məmmədov 15 iyun 1975-ci ildə Astara şəhərində anadan olub. 1992-ci ildə Astara şəhər Ceyhun Babayev adına 3 saylı orta məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın İdarəedilməsi” fakültəsində ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Londonun “Chartered İnstitute of Management Accountants” institutunun beynəlxalq dərəcəli sertifikatını əldə edərək, “CİMA Certified Business Accountant” tituluna layiq görülüb.
İlk əmək fəaliyyətinə 1996-cı ildə “Hyatt Hotels Baku” şirkətində başlayıb və 2008-ci ilədək həmin şirkətin iaşə, mühasibatlıq, maliyyə şöbələrində müxtəlif vəzifələrdə çalışaraq, beynəlxalq idarəetmə, uçot və maliyyə standartları üzrə əlavə bilik və təcrübə qazanıb. 2008-ci ildə Qazaxstanın Aktau şəhərində yerləşən “Marriott Renaissance Hotel”-də Maliyyə Direktoru kimi iş fəaliyyətinə davam edib. 2010-cu ildə “Marriott” şirkəti tərəfindən Gürcüstanın Tbilisi şəhərində yerləşən “Marriott” otellərinə Klaster Maliyyə Direktoru vəzifəsinə təyin edilib. Bu şirkətdə çalışarkən ümumdünya maliyyə böhranı şəraitində idarəetmədə əldə edilən uğurlu nəticələrə görə müxtəlif təltiflərə layiq görülüb.
2011-ci ildə Bakıda tikilməkdə olan “JW Marriott Absheron” otelinin açılması məqsədilə həmin otelə Maliyyə Direktoru kimi transfer olunub. 2014-cü ildə ABŞ-ın “Trump Organization” şirkətindən Bakıdakı otel layihəsində Maliyyə Direktoru vəzifəsinə iş təklifini qəbul edərək, 2015-ci ilədək həmin layihədə çalışıb. 2015-ci ildə “Gilan Holdinq” şirkətində yeni yaradılan və ilkin olaraq 13 biznes vahidini özündə cəmləşdirən “Gilan Hospitality Group” otelçilik və turizm portfelinə Baş Maliyyə Direktoru vəzifəsinə təyin olunub. 2020-ci ilədək portfelə daxil olan biznes vahidlərinin sayı 22-yə çatdırılıb və rəhbərlik tərəfindən qoyulmuş hədəflərə nail olunub. 28 İyul 2020-ci il tarixindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Maliyyə” departamentinin direktoru vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər

“Günay Sığorta”da yeni TƏYİNAT
“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub
Mehriban Əliyeva üçün özəl gün
Mikayıl Cabbarovdan yeni təyinat
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Azərbaycanda sabiq nazir vəfat etdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Sahil Babayevdən yeni TƏYİNAT
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Mədəniyyət Nazirliyində kadr təyinatı
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Rüstəm Usubov vəzifədən azad edildi - YENİ TƏYİNAT
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
Azərbaycanda nazirlikdə yeni TƏYİNAT
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Baş metroçunun milyonçu oğlu... - Londonda qurulan biznes imperiyası
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ