ARB TV-də yayımlana “Elgizlə izlə” verilişində maraqlı anlar yaşanıb.
Proqrama yardım üçün qatılan Fəxriyyə adlı qadın ərindən şikayət edib.
O bildirib ki, həyat yoldaşı onu döyür, təhqir edir. Kişi isə verilişə gələrək qadından ayrılmaq istəmədiyini deyərək ona yalvarıb. Fəxriyyə isə razılaşmayıb. Kişi onun qarşısında diz çökərək yalvarıb. Onun bu hərəkəti studiyada olan hər kəsi təəccübləndirib.
Həmin görüntülər sosial şəbəkədə də tənqid hədəfinə çevrilib.