Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclasda "dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Komitə sədri Fəzail İbrahimli dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən, qanunun 8-ci maddəsinin ikinci hissəsində “təşkilat məsələlərində” sözləri “dini məsələlərdə” sözləri ilə əvəz edilir, üçüncü hissəsinin birinci cümləsində “rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi” sözləri “din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, ikinci cümləsində isə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin” sözləri “Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin” sözləri ilə əvəz edilir, maddənin yeddinci hissəsi ləğv olunur.
Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verilməlidir.
Layihəyə əsasən, 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən dəyişikliklər aparılıb. Yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.
Qeyd olunub ki, qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.
Tədbirdə parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim, şöbənin sektor müdiri Sarvan Sadıqov “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıblar.
Müzakirələr zamanı komitə sədrinin müavini Sahib Alıyev, komitənin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Anar İsgəndərov, Azər Badamov payız sessiyasında komitənin təqdirəlayiq fəaliyyət göstərdiyini söyləyiblər, yaz sessiyasında görüləcək işləri məqsədəmüvafiq hesab ediblər, bir sıra təkliflərini səsləndiriblər.
Deputatlar “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər barədə də öz fikirlərini açıqlayıblar. Millət vəkilləri düzəlişlərin bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini bildiriblər, dövlət-din münasibətləri baxımından əhəmiyyətindən bəhs ediblər.
Komitə üzvləri “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər. / Report
Məscidlərə dini rəhbərlərin təyinatının QMİ-dən alınması ilə bağlı layihə plenar iclasa tövsiyə olunub
27
yanvar
18:34

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu səlahiyyət QMİ-dən alınır
Uşaqların dini etiqada məcburiyyəti QADAĞAN EDİLİR
İlham Əliyev “Veteranlar haqqında” Qanununu təsdiqlədi
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Bu jurnalistlərə icra hakimiyyəti tərəfindən 3 illik vəsiqə veriləcək - RƏSMİ
İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Bu şəxslər kütləvi dini ibadət və mərasimlər apara biləcək
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Məşvərət Şurası yaradıldı - Allahşükür Paşazadə sədr seçildi
Onların sosial müdafiəsi gücləndiriləcək
Azərbaycanda bu şəxslər Prezident, deputat ola bilməyəcək
Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq - Yeni qanun
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Azərbaycanda bu qanunu pozanlar CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda bayram namazı qılındı
Milli Məclisin iclası başladı
Hərbçilərin sığortası ilə bağlı layihə I oxunuşda qəbul edildi
İlham Əliyevdən yeni SƏRƏNCAM
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Prezident “Tibbi sığorta haqqında” qanuna dəyişiklik etdi
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Medianın fəaliyyətinə bu hallarda xitam veriləcək
Deputatlar bu gün 19 məsələ üçün toplaşır
Azərbaycanda bu şəxslərin sosial müdafiəsi gücləndirilir
“Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılır
Prezident bu qanunu TƏSDİQLƏDİ
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- Eurovision Mahnı Müsabiqəsində Rusiyanın kiberhücumlarının qarşısı alınıb
- ABŞ-ın pop ulduzundan bəd xəbər
- “Azovstal”dakı yaralıların təxliyəsinə başlanıldı
- İsveç NATO-ya üzvlüklə bağlı yekun qərarını verdi
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar