Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
4-09-2020, 12:21
99

Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI

Steroid dərmanları (iltibab əleyhinə) yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölümün qarşısını ala bilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İngiltərədən olan alimlərin ortaq şəkildə apardıqları araşdırmaya görə, steroid dərmanları yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölüm nisbətlərini 20 faiz azaldır. “Journal of American Medical Association”da dərc olunan məqaləyə görə, ÜST və Bristol Universitetinin Milli Sağlamlıq Araşdırmaları İnstitutu tərəfindən aparılan araşdırmada, 12 ölkədə COVID-19 xəstələrində üç fərqli steroid istifadəsi ilə bağlı yeddi iş analiz edilib.
Araşdırmada mütəmadi olaraq steroid (deksametazon, hidrokortizon və metilprednizolon) qəbul edən 678 və etməyən 1025 xəstə 28 gün izlənilib. Steroid dərmanlarının COVID-19-dan ölüm nisbətini təxminən 20 faiz azaltdığı sübut edilib.
Bristol Universitetindən tibbi statistika və epidemiologiya üzrə professoru Conatan Sterne bildirib ki, steroidlər COVID-19-un ən çox təsir etdiyi insanlarda ölüm hallarının azaldılması üçün ən təsirli, ucuz və asanlıqla əldə edilən dərmanlardır. Tədqiqat nəticələri göstərib ki, bu dərmanların yaş və cinsiyyətdən asılı olmayaraq hər kəsə müsbət təsir göstərib.

Oxşar xəbərlər

ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
İyun ayında ölüm halları kəskin artıb - Ötən illə müqayisədə 2163 nəfər...
Litvada koronavirusa yoluxanların sayı 1128 nəfərə çatıb
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Azərbaycanda koronavirusa yoluxanların sayı artır - ölən də var
İranda Covid-19-dan ölüm sayı artdı
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü
ABŞ-da 54 min ölümün qarşısı alına bilərdi: Cəmi iki həftə…
Daha 132 nəfər COVID-19-a yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 162 nəfər sağalıb, 1 nəfər vəfat edib
Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyonu ötüb
Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 274-ə çatdı
Azərbaycanda bir gündə 124 nəfər COVID-19- yoluxub, 2 nəfər vəfat edib
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?
Azərbaycanda son sutkada 103 nəfər COVID-19-a yoluxub - 4 nəfər vəfat edib
Gürcüstanda koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb
Ukraynada son sutkada koronavirusdan ölənlərin sayında antirekord qeyd olunub
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? — Siyahı
Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonundadır
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
Meymunlar arasında da sosial məsafə virusdan qoruyur - ARAŞDIRMA
Gündüz yatmaq ölüm riskini artırır