Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
4-09-2020, 14:09
66

Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib

Azərbaycan Respublikasının Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.
ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.
 Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.
Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır.
Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.
***
Azərbaycan Respublikasının Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev və xanımı Atatürk parkında - Foto
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak etdilər
Birinci vitse-prezident İsmayıllıya səfər edib
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
Prezident və xanımı açılışda - FOTO (Yenilənib)
Prezident və xanımı 216 nömrəli məktəbin açılışında
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Prezident və xanımını toya dəvət etdilər
Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO
Prezident və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
Mehriban Əliyeva jurnalistləri təbrik etdi
"Qoy müstəqilliyimiz əbədi olsun!" - Mehriban Əliyeva
Deputat DİN-i tədbir görməyə çağırdı
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar