Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO
4-09-2020, 14:24
138

Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO

Bakının Nizami rayonu ərazisində yerləşən Məlhəm Beynəlxalq Hospital fəaliyyətə başlayıb. Yeni istifadəyə verilən xəstəxana 120 nəfər həkim, 270 nəfər orta tibb işçiləri olmaqla 390 nəfər peşəkar həkim-mütəxəssis heyəti və müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərəcək. Xəstəxana 100 çarpayılıq olmaqla, 28000 kv. metr sahəsi olan 5 mərtəbəli binada yerləşir. 
Qaynarinfo xəbər verir ki, Məlhəm Beynəlxalq Hospital tam profilli xəstəxana olaraq vətəndaşlarımızın yüksək tibbi xidmət və qayğı ilə təmin olunması məqsədinə xidmət edəcək. Xəstəxanada ürək-damar cərrahiyyəsi, kardiologiya (invaziv və qeyri-invaziv), mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, kosmetologiya, hemodializ, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək
Tam avtomatlaşdırılmış laboratoriya xidməti, həftənin bütün günləri 24 saat boyunca təcili tibbi yardım xidməti, müasir və ən üst səviyyə şüa diaqnostika avadanlıqları olan Məlhəm Beynəlxalq Hospital müasir və mükəmməl səviyyəli xəstəxanaya çevrilməkdə iddialıdır. Eyni zamanda, xəstəxanada xəstə və xəstə ziyarətçilərinin rahatlığının təmin edilməsi məqsədilə 200 yerlik qapalı avtodayanacaq da mövcuddur. Bütün bina ərazisində güclü havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri təşkil olunub. 

Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində son illərdə sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyə sektoru təşkil edir. Bu istiqamətdə icra olunan layihələrin tərkib hissəsi kimi vətəndaşların istifadəsinə verilən Məlhəm Beynəlxalq Hospital xəstələrin daim diqqət mərkəzində saxlanılmasını, onların hər birinə unikal müalicə tətbiq olunmasını və onların xüsusi diqqət, şəfqət və hörmət ilə əhatələnməsini  qarşısına məqsəd qoyur.




Oxşar xəbərlər

“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır  yumulmur ...-ŞİKAYƏT
Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, dərman alveri-Gömrük Hospitalına giriş kasıblara yasaqdır?
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Hərarəti yüksək olan 1 nəfər imtahana buraxılmadı
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Tibbi maska satan şirkətdə silahlı insident: 4 nəfər güllələndi (FOTOLAR)
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
Kişi Beşbarmaq dağında köməksiz qaldı
Xocavənddə  ermənilər üçün yeni təcili yardım stansiyası açıldı...-FOTOLAR
Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Qonşu ölkədə şok olay: 7 həkim xəstəxanadan qaçdı
Metroda yoxlama zamanı hərarəti yüksək çıxanlara nə ediləcək? - AÇIQLAMA
Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
Əli Əsədov bu qanunu təsdiq etdi
Reanimasiya şöbəsinə girən jurnalist GÖZLƏRİNƏ İNANMADI - Koronavirus xəstələri... - VİDEO
ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO
2 nəfər yüksək hərarətə görə imtahan buraxılmadı
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
“Sədərək” ticarət mərkəzində KÜTLƏVİ DAVA - 3 nəfər...
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO