Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
4-09-2020, 14:34
172

Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır

Karantin qaydalarının yumşaldılması, müəyyən sahələrin açılması təbii ki, iqtisadiyyata müsbət təsir göstərib.
Gündəlik Bakı xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, karantinin təsir etdiyi sektorlarda fəaliyyətin tədricən bərpa edilməsi xüsusən də iş yerlərinin açılmasına imkan yaradıb:

"Nəzərə alsaq ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərmişdi və onların 11-ə 100 faiz, 9-a isə 70 faiz təsirləri olmuşdu. Sərt karantin dövründə həmin 20 fəaliyyət sahəsində fəaliyyətlərin dayanması və məhdudlaşması qeydə alınırdı. Ancaq mərhələli şəkildə yumşalma fəaliyyətlərin mərhələli bərpasına imkan yaratdı, xüsusən də ictimai iaşə, xidmət və turizm sektorunda son yumşalmalardan sonra aktivliyin artması, məşğulluğun təmin edilməsi müşahidə olunur.
Ona görə bizim təklifimiz ondan ibarətdir ki, açılmalar davam etməlidir. Bir müddət əvvəl təklif etdiyimiz kimi, sentyabrın 15-dən etibarən qapalı məkanlarda restoran və kafelərin fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur. Oktyabrın 1-dən "Mall"larda fəaliyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bərpa edilməsini də təklif etmişik.
Eyni zamanda, yeni standartlar və meyarlar hazırlamaqla noyabrın 1-dən şadlıq saraylarının da fəaliyyətinə icazə verilməsini tövsiyə edirik, çünki bu sektorda da kifayət qədər vətəndaşımız çalışır. Bizim qiymətləndirmələr göstərir ki, ictimai iaşə və xidmət sektorunda 150 mindən artıq vətəndaşımız çalışır və yan sektorları da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Bu baxımdan məşğulluğun təmin ediməsi üçün iqtisadi açılımları davam etdirmək məqsədəuyğundur".

Oxşar xəbərlər

Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Toylarla bağlı açıqlama
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Ev alqı-satqısı bazarında CİDDİ BÖHRAN VAR
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
XİN xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı
Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Pandemiya dövründə səfər etmək üçün MARAQLI TƏKLİF
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Belçikada mayın 4-dən evdən kənarda idman etməyə icazə veriləcək