Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
4-09-2020, 14:52
387

Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən daxil olan birgə məlumatda deyilir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində 2 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Axtarışda olan şəxslər saxlanılıblar
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
DTX generalı belə saxlayıb - VİDEO
Qafqaz Universiteti ləğv olunur
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi