Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
4-09-2020, 14:55
224

Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi

Təkmil torpaq bazarının formalaşdırılması və torpaq resurslarından səmərəli istifadə ölkə iqtisadiyyatının və aqrar sektorun dayanıqlılığını şərtləndirən əsas hədəflər sırasında olmaqla bu strateji sahə üzrə münasibətləri tənzimləyən dövlət siyasətində mütərəqqi və sistemli yanaşma tətbiq olunur.
Baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən daxil olan birgə məlumatda deyilir ki, bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.
Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
DTX generalı belə saxlayıb - VİDEO
Bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Şirkət direktoruna cinayət işi açıldı
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
DTX nazir müavinini belə tutdu - VİDEO
Qafqaz Universiteti ləğv olunur
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA